• $
  • €
  • ₽
  • ₺
  • £

AŞPA Daimi Komitəsi Azərbaycandakı seçkilərə dair hesabatı təsdiqlədi

AŞPA Daimi Komitəsi Azərbaycandakı seçkilərə dair hesabatı təsdiqlədi
22.11.2013 16:17
Bu gün Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun Vyanada keçirilmiş Daimi Komitəsinin toplantısında Azərbaycanda keçirilmiş prezident seçkilərinə dair hesabat müzakirə edilərək təsdiqlənib.APA-nın Vyanaya ezam olunmuş Avropa müxbiri xəbər verir ki, ingiltərəli deputat Robert Valterin hazırladığı “Azərbaycanda prezident seçkilərinin müşahidəsi (9 oktyabr 2013)” adlı hesabatın müzakirələrində sənədin müəllifi çıxış edərək seçkiləri müşahidə etmiş bir çox parlamentar və beynəlxalq müşahidə missiyalarının bu seçkiləri Azərbaycan xalqının iradəsinin ifadə olunması kimi gördüklərini bildirib: “Beynəlxalq müşahidə missiyalarının birgə mövqe nümayiş etdirə bilməməsi məni çox məyus etdi. Amma əslində ATƏT-in Demokratiya və İnsan Haqları Bürosunun digər təşkilatlardan fərqli mövqe göstərməsi çoxdanın problemidir. Hətta bu qurum AŞPA-nın müşahidəçi missiyasına da təzyiqlər edərək, onun mövqeyindən çıxış etməyə vadar etmək istəyirdi. Mənim DİHB ilə bağlı əsas narahatlığım ondan ibarətdir ki, bu qurum yalnız və yalnız mənfi məqamları əks etdirməyə çalışır. Bu isə düzgün mövqe deyil, məsələnin bir çox tərəfləri nəzərə alınmalıdır. Məsələn, ATƏT-in Parlament Assambleyası və Mişel Vuazen bizim mövqeyimizi dəstəklədi. Bundan başqa, deməliyəm ki, seçkilərdən öncə namizədlərin televiziya kampaniyasına iradlarımızı da bildirmişdik, seçkilər vaxtı baş verən nöqsanları da hesabatımıza daxil etmişik və təbii ki, bu ölkədə müəyyən problemlər qalmaqdadır. Seçki günündə müşahidəçilərimiz bəzi problem və çatışmazlıqları qeydə almışdılar. Bununla belə, bu nöqsanlar olsa da, ümumilikdə Mərkəzi Seçki Komissiyası seçkini səmərəli təşkil etmişdi. Mən AŞPA-nın müşahidə missiyasına rəhbərlik etməyə özüm razılıq vermişəm. Bəzi həmkarlarım mənim fikirlərimi qəbul etməsələr də, deməliyəm ki, mən bu işimdə maksimum şəkildə qərəzsiz və obyektiv olmağa çalışmışam. Onu deyə bilərəm ki, Azərbaycanda demokratik proseslər hələ davam etdirilməlidir və bu istiqamətdə işlərimizi davam etdirməliyik. Seçkilərin nəticəsi onu göstərdi ki, İlham Əliyev xalqın 85% səsini qazanıb. O, Azərbaycanın legitim prezidentidir və bu fakt şəksizdir".ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol