• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatlar və QHT nümayəndələri ABŞ Konqresini 907-ci maddəni ləğv etməyə çağırıblar

Deputatlar və QHT nümayəndələri ABŞ Konqresini 907-ci maddəni ləğv etməyə çağırıblar
10.10.2026 11:30

Azərbaycan parlamentinin 30 deputatı və 11 qeyri-hökumət təşkilatının nümayəndəsi ABŞ senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə məktub göndərərək “Azadlığa Dəstək Aktı”nın 907-ci maddəsinin tam ləğvinə çağırıblar.


Müraciət ABŞ Konqresinin üzvlərinin oktyabrın 5-də Azərbaycanla bağlı göndərdiyi məktuba cavab olaraq yazılıb. Məktubun müəllifləri ABŞ ilə dialoqa və Azərbaycan-Ermənistan arasında davamlı sülhə dəstək verdiklərini bildiriblər.


Onlar 907-ci maddənin “tarixi şəraiti, mövcud geosiyasi reallıqları və Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı vəziyyətini əks etdirmədiyini” qeyd edərək, onun ləğvinin ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələyə dəstək mesajı olacağını yazıblar.


Müraciətdə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sammit və tərəflərin sülh sazişini paraflaması diplomatik irəliləyiş kimi qiymətləndirilib. Müəlliflər ABŞ Prezidenti Donald Trampın prosesdəki rolunu yüksək qiymətləndirib, TRIPP layihəsinin regionda nəqliyyat və kommunikasiya əlaqələrini gücləndirə biləcəyini bildiriblər.


Məktubda Azərbaycanın keçmiş münaqişə dövründə üzləşdiyi itkilər, itkin düşmüş şəxslər və mina təhlükəsi də vurğulanıb. Müəlliflər ABŞ Konqresini humanitar minatəmizləmə işlərinə və itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə diqqət ayırmağa çağırıblar.


Məktub müəllifləri Konqresin əvvəlki müraciətində saxlanılan şəxslərin “siyasi və hərbi liderlər” adlandırılmasına etiraz edərək, onların Azərbaycanın suveren ərazisində fəaliyyət göstərmiş qanunsuz separatçı qurumun rəhbər vəzifəli şəxsləri olduğunu bildiriblər. Onların sözlərinə görə, məhkəmə proseslərində təqsirləndirilən şəxslərin müdafiə hüququ təmin edilib.


Müəlliflər, həmçinin, təxminən 241 kvadrat kilometr ərazinin Azərbaycanın işğalı altında olan Ermənistan ərazisi kimi təqdim edilməsinə qarşı çıxıblar. Onlar sərhədin mübahisəli hissələrinin delimitasiya və demarkasiya üzrə ikitərəfli proses çərçivəsində müəyyənləşdirilməli olduğunu qeyd ediblər.


Müraciətdə əvvəllər işğal altında olmuş ərazilərdə və Ermənistanda Azərbaycan məscidlərinin, qəbiristanlıqlarının və tarixi abidələrinin dağıdılması və təhqir olunması ilə bağlı iddiaların da nəzərə alınmasına çağırış yer alıb.


Məktub müəllifləri Azərbaycan və Ermənistanın həllini gözləyən məsələləri birbaşa dialoq yolu ilə müzakirə etməli olduğunu, xarici tərəfdaşların isə bu prosesi dəstəkləyə biləcəyini bildiriblər

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol