Putinlə Ərdoğan Dağlıq Qarabağ məsələsini müzakirə etdi

Rusiya prezidenti Vladimir Putin və Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Sankt-Peterburqda Suriya və Dağlıq Qarabağ problemini müzakirə ediblər. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Ərdoğan Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında bildirib ki, iki ölkənin birgə atmalı olduğu addımlar var: “Bu mövzular ətrafında apardığımız danışıqlar bizə bu məsələlərin həlli üçün baza, platforma yaratmağa imkan verir. Mən İnanıram ki, Rusiya və Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsi, Suriya və İraqdakı vəziyyət baxımından regionda öhdəlikləri var”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























