• $
  • €
  • ₽
  • ₺
  • £

Qüdrət Həsənquliyevlə Ziyafət Əsgərov arasında MÜBAHİSƏ

Qüdrət Həsənquliyevlə Ziyafət Əsgərov arasında MÜBAHİSƏ
22.11.2013 14:37
Milli Məclisin bu gün keçirilən iclasında “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanun layihəsinə dəyişikliklərin müzakirəsi zamanı mübahisə düşüb.APA-nın məlumatına görə, layihə barədə əvvəlcə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Layihə barədə söz alan deputat Qüdrət Həsənquliyev çıxışında Ədliyyə Nazirliyini sərt tənqid edib: “Əvvəlcə ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edirəm. Onları ədalətli olmağa, qanunlara əməl etməyə çağırıram. Eyni zamanda qeyd etmək istəyirəm ki, ictimai təşkilatların qeydiyyat məsələsində problem var. Hamıya yazırlar ki, təşkilatın adı onun məzmunu ilə bağlı deyil. Həmçinin belə xəbərlər yayılır ki, dövlətdə hansısa nüfuzlu şəxslər qarantiya verməlidir ki, səni qeydə alsınlar. Bu, Azərbaycanı nüfuzdan salan haldır. Mən hörmətli nazir Fikrət Məmmədov burada olarkən Ədliyyə Nazirliyinin QHT-lərə verdiyi cavab məktublarından birini oxudum. Əgər xüsusi xidmət orqanları buna zəmanət verməlidirsə, onda qanuna belə bir müddəa salınmalıdır. Ədliyyə Nazirliyində vəziyyət bərbaddır. Məhkəmə qərarlarının icrası məsələsi də burada dəfələrlə müzakirə edilib. Nazir müavinləri də işə müdaxilə edə bilmirlər. Ya nazir özü tapşırmalıdır, ya da tərəflərdən kimsə çox pul versə, məsələ onun xeyrinə həll edilir”. Bu zaman vitse-spiker Ziyafət Əsgərov onun sözünü kəsib: “Qüdrət müəllim, saxlayın. Xahiş edirəm qanun layihəsi haqda danışın. Ayrı-ayrı şəxslər haqda danışmayın, bu qədər ittiham etməyin. Əlinizdə də faktlar yoxdur, nə istəyirsiz danışırsız! Yekunlaşdırın!” Q.Həsənquliyev də öz növbəsində deyib ki, deputat kimi istənilən məsələni qaldırmağa borcludur: “Əlimdə kifayət qədər faktlar var və əgər lazımdırsa, onları şəxsən sizə təqdim edə bilərəm”. Z.Əsgərov yenidən Q.Həsənquliyevin fikirlərinə münasibət bildirib: “Qüdrət müəllim, İlyas İsmayılov burada qeydiyyat məsələsi ilə bağlı fikirlər işlətdilər. Burada rəqəmin göstərilməməsi o demək deyil ki, məsələ özbaşına həll edilir. Biz məsələni burada müzakirə edirik. Amma hesab edirəm ki, müzakirələr predmetsiz getdi. Kim siyasi partiya və QHT adı eşidirsə, dərhal bu haqda danışır. Burada söhbət kommersiya qurumlarından gedir. Siyasi partiyalar və QHT-lər haqda ayrıca qanunlar var. Özü də ən liberal qanunlardır. Hesab edirəm ki, son illər ədliyyə sahəsində aparılan islahatlar ən yaxşı islahatlardandır. Fikrimcə, belə fikirlərin səslənməsi ədalətsizlikdir”. Müzakirələrdən sonra sözügedən layihə səsə qoyularaq qəbul olunub.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol