• $
  • €
  • ₽
  • ₺
  • £

Media və Yayım Şurası İran və Türkiyədən informasiya hücumlarını pisləyib

Media və Yayım Şurası İran və Türkiyədən informasiya hücumlarını pisləyib
14.10.2026 10:26

Media və Yayım Şurası İran və Türkiyədən, xüsusilə “Telegram” və “TikTok” platformaları vasitəsilə Azərbaycana qarşı məqsədyönlü informasiya hücumlarının intensivləşməsini pisləyib. Bu barədə Şuranın açıqlamasında bildirilib.

Qeyd olunub ki, son günlər xarici ölkələrdə fəaliyyət göstərən ictimai fəallar, siyasətçilər və hətta rəsmi şəxslər Azərbaycana qarşı məqsədyönlü informasiya kampaniyalarında fəal iştirak edirlər.

Şuranın açıqlamasında bu fəaliyyətin ictimai rəyin manipulyasiyasına və ölkənin daxili məsələlərinə müdaxiləyə yönəldiyi vurğulanıb.

“Eyni orfoqrafik xətalar və yazı üslubu ilə kütləvi paylaşımların olunması, oxşar şərhlərin ardıcıl surətdə ‘copy-paste’ edilməsi, eləcə də ölkəmizə heç bir aidiyyəti olmayan foto və video materialların montaj edilərək yayılması koordinasiyalı şəkildə həyata keçirilən trol hücumlarının primitiv və asanlıqla müəyyənləşdirilən üsuludur”, - açıqlamada bildirilib.

Şura qeyd edib ki, xarici dildə fəaliyyət göstərən istifadəçilərin Azərbaycan dilində yaradılmış bir həştəqlə qısa müddətdə 400-dən çox paylaşım etməsi, bəzi paylaşımların yalnız həştəqdən ibarət olması və eyni məzmunun bir hesabdan dəfələrlə yayılması kampaniyaların manipulyativ xarakterini göstərir.

Açıqlamada anonim hesablar vasitəsilə yayılan paylaşımlarla yanaşı, neqativ şərh və reaksiyalarla vətəndaşların ictimai qaydanı pozmağa təşviq edilməsinin Azərbaycan və beynəlxalq qanunvericiliyin tələblərinə zidd olduğu, hüquqi məsuliyyət yaratdığı bildirilib.

Şura, həmçinin həmin ölkələrin media və sosial media seqmentində Azərbaycan haqqında əsassız və qərəzli materialların, dövlətin və xalqın ünvanına hədə, təhdid və təhqirlərin yayılmasından narahatlığını ifadə edib. Açıqlamada bu hallarla bağlı müvafiq hakimiyyət orqanlarının tədbir görməməsinin ictimai narazılıq doğurduğu qeyd olunub.

Media və Yayım Şurası vətəndaşları, media subyektlərini və sosial media istifadəçilərini manipulyativ kampaniyalara qarşı ayıq-sayıq olmağa, həqiqətə uyğun olmayan məlumatları yaymamağa və Azərbaycanın nüfuzuna xələl gətirmək cəhdlərinə qarşı məsuliyyətli mövqe nümayiş etdirməyə çağırıb.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol