• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb
14.10.2026 19:07

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan ilə görüşüblər.

Dövlət başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçiriləcək Zirvə Görüşündə iştirakına görə minnətdarlığını bildirdi, bu səfərin, eyni zamanda, gündəlikdə duran ikitərəfli məsələlərin müzakirəsi üçün imkan yaratdığını dedi.

Özünün Vyetnama, Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın isə Azərbaycana səfərini xatırladan Prezident İlham Əliyev bu səfərlər zamanı aparılmış müzakirələrin əhəmiyyətini qeyd etdi, əlaqələrimizin strateji tərəfdaşlıq mahiyyəti daşıdığını bir daha vurğuladı.

Azərbaycan Prezidenti ölkəmizin AQEM-də sədrliyinin müddətinin uzadılmasına göstərdiyi dəstəyə görə Vyetnama minnətdarlığını ifadə etdi.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya qəbula görə təşəkkür edən qonaq ölkəmizə daha əvvəlki səfərini və dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırladı.

Vitse-prezident Vo Thi An Suan Azərbaycanın əldə etdiyi nailiyyətlər, həmçinin AQEM-ə uğurla sədrliyi və bu qurumun Zirvə Görüşünün Bakıda keçirilməsi münasibətilə təbriklərini çatdırdı. O qeyd etdi ki, ölkəsi Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir.

Azərbaycanla Vyetnam arasında tarixi əlaqələri qeyd edən qonaq Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibinin ölkəmizə səfəri zamanı strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbul olunmasının əlaqələrimizin yeni səviyyəyə çatdırılmasında mühüm rol oynadığını bildirdi.

Vyetnam Sosialist Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycana, Ulu Öndər Heydər Əliyevin SSRİ rəhbərliyində olduğu zaman Vyetnama, həmçinin dövlətimizin başçısının bu ölkəyə səfərləri məmnunluqla xatırlandı, bu tarixi irsin Azərbaycan-Vyetnam əlaqələrinin inkişafında mühüm rol oynadığı qeyd edildi.

Qonaq Vyetnamın azadlıq mübarizəsindən sonra bu ölkənin inkişafında, həmçinin energetika sektorunun bərpasında, kadr potensialının hazırlanmasında vaxtilə Azərbaycanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini deyərək, bunun ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı tarixi ənənə və əsas yaratdığını qeyd etdi. O, həmçinin sovet dövründə minlərlə vyetnamlı tələbənin Azərbaycanda təhsil aldığını məmnunluqla xatırladı.

Görüşdə Azərbaycan və Vyetnamın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı qeyd edildi, siyasi əlaqələrimizin ruhuna uyğun olaraq iqtisadi, ticarət, nəqliyyat-logistika, bərpaolunan enerji, turizm, sərmayələr, azad viza rejiminin tətbiqi sahələrində tərəfdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Energetika sahəsində əməkdaşlığa toxunularaq, SOCAR ilə "PetroVyetnam" arasında Anlaşma Memorandumunun imzalandığı və bundan irəli gələrək tərəfdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olundu.

Qonaq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar və mədəni layihələrə görə təşəkkürünü bildirdi, Fondun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfərini məmnunluqla xatırladı.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol