• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya AQEM çərçivəsində informasiya-kommunikasiya texnologiyalarına dair strategiya hazırlayıb

Rusiya AQEM çərçivəsində informasiya-kommunikasiya texnologiyalarına dair strategiya hazırlayıb
15.10.2026 14:37

Rusiya 2026–2028-ci illəri əhatə edən, AQEM çərçivəsində informasiya-kommunikasiya texnologiyalarından istifadəyə dair strategiya layihəsi hazırlayıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bunu AQEM-in sammitində çıxışı zamanı deyib.

O bildirib ki, Moskva təşkilat çərçivəsində informasiya-kommunikasiya sahəsində dialoqun genişləndirilməsini dəstəkləyir. Lavrovun sözlərinə görə, Rusiya kiçik və orta sahibkarlığa dəstək üzrə növbəti ikiillik strategiya da hazırlayıb. Bu sahədə əməkdaşlığın istiqamətlərindən biri kiçik və orta müəssisələrin iri şirkətlərin təchizat zəncirlərinə cəlb edilməsidir.


Lavrov AQEM-in Avrasiya qitəsində əməkdaşlıq və inkişaf üçün təbii platforma olduğunu bildirib. O, Rusiya və Qazaxıstanın 2022-ci ildə humanitar istiqamətin, o cümlədən sülhməramlılıq və sülh quruculuğu sahələrində əməkdaşlığın genişləndirilməsini təklif etdiyini deyib.


Nazir idman sahəsində də əməkdaşlığa çağırıb və AQEM Katibliyini gələn həftə Krasnoyarskda keçiriləcək “Rusiya - idman ölkəsi” festivalında iştiraka dəvət edib. O, elmi mübadilə və dağlıq ərazilərdə təhlükəsizlik məsələlərini də təşkilatın əməkdaşlıq istiqamətləri sırasında göstərib.

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol