• $
  • €
  • ₽
  • ₺
  • £

XİN: Bakıda AQEM-in VII Zirvə Görüşü regional əməkdaşlıq üçün mühüm mərhələdir

XİN: Bakıda AQEM-in VII Zirvə Görüşü regional əməkdaşlıq üçün mühüm mərhələdir
16.10.2026 00:01

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşünün başa çatması Asiyada regional dialoqun, qarşılıqlı etimadın və əməkdaşlığın inkişafında mühüm mərhələdir.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında paylaşım edilib.

XİN zirvə görüşünün əsas nəticələrini açıqlayıb. Bunlara Bakı Bəyannaməsinin və əməkdaşlıq, sağlamlıq və əməyin təhlükəsizliyi üzrə bəyanatın qəbul edilməsi, Laos Xalq Demokratik Respublikasının AQEM-ə tamhüquqlu üzv qəbul olunması, Azərbaycanın sədrliyinin 2026–2028-ci illərədək uzadılması və səfir Sultan Hacıyevin 2026–2030-cu illər üçün AQEM-in baş katibi təyin edilməsi daxildir.

Həmçinin Kambocanın müvafiq konvensiyanı ratifikasiya etməsi ilə AQEM Katibliyinin İmtiyaz və İmmunitetləri haqqında Konvensiyanın qüvvəyə minməsi prosesi tamamlanıb.

Nazirlik qeyd edib ki, zirvə görüşü Asiyada çoxtərəfliliyə, qarşılıqlı əlaqələrə, sülhə və təhlükəsizliyə sadiqliyi bir daha təsdiqləyib.

"Azərbaycan daha dinc və firavan Asiyaya doğru dialoq, etimad quruculuğu və birgə fəaliyyət platforması kimi AQEM-in gücləndirilməsinə sadiq qalır", – paylaşımda bildirilib.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol