• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar dini təxribat və kiberhücumlarla aparılır

Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar dini təxribat və kiberhücumlarla aparılır
16.10.2026 09:44

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası Azərbaycana qarşı dini-ideoloji təxribatların, əlaqələndirilmiş informasiya əməliyyatlarının və kiberhücumların sinxron şəkildə həyata keçirildiyini bəyan edib. Bu barədə komissiyanın yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, aidiyyəti dövlət orqanları ilə birgə araşdırmalar zamanı ictimai rəyi manipulyasiya etməyə, cəmiyyətdə qütbləşmə yaratmağa və dövlət qurumlarına etimadı sarsıtmağa yönələn fəaliyyətlərin ölkə daxilində və xaricindəki təsir agentləri, gizli təşkilatlar, haker qrupları, xarici media quruluşları, real və saxta hesablar, eləcə də botlar vasitəsilə aparıldığı müəyyən edilib.

Bəyanatda vurğulanıb ki, dezinformasiya məzmunları müstəqil görünən kanallar vasitəsilə rəqəmsal platformalara yerləşdirilir, cəmiyyətdə etnik, dini və siyasi zəmində parçalanma yaratmağa cəhd göstərilir.

Komissiya bildirib ki, bu fəaliyyətlər çərçivəsində sosial şəbəkə alqoritmlərindən istifadə etməklə insanlara mövcud baxışlarını dəstəkləyən saxta məlumatlar təqdim edilir. Bəyanatda belə mexanizmlərin ictimai rəyi manipulyasiya etmək və cəmiyyətdə qütbləşməni dərinləşdirmək məqsədi daşıdığı qeyd olunub.

Sənəddə Azərbaycana qarşı hibrid hücumların miqyasının artması ölkənin beynəlxalq nüfuzunun yüksəlməsi, enerji təhlükəsizliyinə verdiyi töhfə, regional tranzit dəhlizlərindəki strateji əhəmiyyəti və ölkədaxili siyasi-iqtisadi sabitliyi ilə əlaqələndirilib.

Komissiya, həmçinin monitorinqlər zamanı cəmiyyətin təxribatlara uymadığının, dövlətin atdığı addımları dəstəklədiyinin və bölücü məzmunların ifşasına kömək göstərdiyinin müəyyən edildiyini bildirib.

Bəyanatda qeyd olunub ki, Milli Məclisin müvafiq komissiyası, aidiyyəti komitələr və dövlət qurumları hibrid hücumların qarşısını almaq istiqamətində fəaliyyətlərini davam etdirəcəklər. Komissiya Azərbaycan əleyhinə fəaliyyətləri qınayan dost və qonşu ölkələrin vətəndaşlarına da təşəkkür edib.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol