• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov Banqladeşin xarici işlər üzrə dövlət naziri ilə görüşüb

Ceyhun Bayramov Banqladeşin xarici işlər üzrə dövlət naziri ilə görüşüb
16.10.2026 18:06

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammiti çərçivəsində Banqladeşin xarici işlər üzrə dövlət naziri Humayun Kabirlə görüşüb.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə AQEM-in VII Sammitinin uğurlu nəticələri məmnunluqla qeyd edilib, Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri, həmçinin beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər siyasi dialoqun və qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb, ikitərəfli əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər. Diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi barədə razılaşmanın əhəmiyyəti qeyd olunub.

Enerji, təhsil və humanitar sahələrdə əməkdaşlığın inkişafı, mövcud imkanlardan səmərəli istifadə və xalqlar arasında əlaqələrin gücləndirilməsi məsələləri də müzakirə edilib.

Görüşdə BMT çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb. Tərəflər BMT Baş Assambleyasının Prezidenti ilə keçirilmiş görüşü məmnunluqla xatırladıb, çoxtərəfli platformalarda birgə səylərin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Həmçinin gələn il Azərbaycanın ev sahibliyi edəcəyi İslam Əməkdaşlıq Təşkilatının Sammiti və bu çərçivədə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov Qoşulmama Hərəkatı çərçivəsində, o cümlədən Parlament Şəbəkəsi və Gənclər Təşkilatı vasitəsilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Bu mexanizmlər çərçivəsində parlamentlərarası və gənclər arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər müzakirə olunub.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol