Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
“Ölkəm və xalqım adından dostum və qardaşım Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə ürəkdən təbrik edirəm”, — Ərdoğan X sosial şəbəkəsində yazıb.
O, Azərbaycan Prezidenti İlham Əliyevə, eləcə də azərbaycanlı qardaş və bacılarına təbriklərini çatdırıb və Türkiyə ilə Azərbaycanın “sevincdə də, kədərdə də daim bir” olduğunu bildirib.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























