Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Ərdoğan bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Dost və qardaş Azərbaycanın Müstəqilliyin Bərpası Gününü ölkəm və millətim adından ürəkdən təbrik edirəm.
Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevə, kədərdə və sevincdə hər zaman bir olduğumuz azərbaycanlı türk qardaşlarıma salamlarımı çatdırıram”, – deyə təbrikdə bildirilib.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























