Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib

Teymur Yusif oğlu Musayev Azərbaycan Baş nazirinin müavini təyin edilib, Anar Bayramov isə səhiyyə naziri vəzifəsinə gətirilib. Prezident İlham Əliyev bununla bağlı sərəncamlar imzalayıb. Digər sərəncamla Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib.
Teymur Musayev 19 yanvar 2022-ci ildə səhiyyə naziri təyin edilib. Bundan əvvəl, 2021-ci ilin aprelindən səhiyyə nazirinin birinci müavini və nazir vəzifələrinin müvəqqəti icraçısı olub.
Anar Bayramovun səhiyyə naziri təyin olunması ilə bağlı sərəncam da 19 oktyabr 2026-cı ildə imzalanıb.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























