• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov Xorvatiya XİN-in dövlət katibi ilə görüşüb

Ceyhun Bayramov Xorvatiya XİN-in dövlət katibi ilə görüşüb
20.10.2026 18:08

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyinin siyasi məsələlər üzrə dövlət katibi Frano Matuşiçi qəbul edib.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan-Xorvatiya strateji tərəfdaşlıq münasibətləri və ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Yüksək səviyyəli qarşılıqlı səfərlərin və mütəmadi siyasi məsləhətləşmələrin əlaqələrin inkişafındakı rolu vurğulanıb.

Tərəflər iqtisadi-ticarət əlaqələrini müzakirə edərək ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılmasının vacibliyini qeyd ediblər. Ənənəvi və alternativ enerji, rəqəmsal inkişaf, turizm və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə Azərbaycanın strateji rolu, Orta Dəhlizin imkanlarından yararlanmaq, həmçinin beynəlxalq və regional platformalarda qarşılıqlı dəstək məsələlərinə də toxunulub.

Minatəmizləmə sahəsində Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) ilə Xorvatiyanın ixtisaslaşmış şirkətləri arasında təcrübə mübadiləsi və əməkdaşlığın inkişafı müsbət qiymətləndirilib. Xorvatiya tərəfi ölkəsində minatəmizləmə işlərinin bu ilin martında başa çatdığını bildirərək bu sahədə Azərbaycana dəstək göstərməyə hazır olduğunu qeyd edib.

Xorvat iş adamları Azərbaycandakı əlverişli biznes mühitindən, o cümlədən Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Limanının imkanlarından yararlanmağa, eləcə də işğaldan azad edilmiş ərazilərin bərpası layihələrində fəal iştirak etməyə dəvət olunublar.

C.Bayramov münaqişədən sonrakı dövrdə regiondakı vəziyyət və Azərbaycan-Ermənistan sülh prosesi barədə qarşı tərəfi məlumatlandırıb. Tərəflər, həmçinin regional təhlükəsizliklə bağlı qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Eyni gün Azərbaycan və Xorvatiya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Xorvatiya nümayəndə heyətinə isə dövlət katibi Frano Matuşiç rəhbərlik edib.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol