• $
  • €
  • ₽
  • ₺
  • £

Qlobal dəyişikliklər Azərbaycanın gələcəyinin qorunmasını gündəmə gətirir - spikerin müavini

Qlobal dəyişikliklər Azərbaycanın gələcəyinin qorunmasını gündəmə gətirir - spikerin müavini
21.10.2026 11:08

Dünyada baş verən texnoloji, ideoloji və geosiyasi dəyişikliklər Azərbaycanın gələcəyinin təmin olunması və qorunması barədə düşünməyi zəruri edir. Bunu Milli Məclis sədrinin birinci müavini bildirib.


“Çox ciddi dəyişikliklər baş verir və bu dəyişikliklər bütövlükdə bəşəriyyətin əhəmiyyətli keçid məqamlarını əks etdirir”, - o deyib.


Onun sözlərinə görə, texnoloji keçid həyatın bütün sahələrində özünü göstərir. Azərbaycanda da rəqəmsal inkişaf, robotlaşma və süni intellekt geniş tətbiq olunmağa başlayıb. Bu proseslər ölkənin iqtisadiyyatına və insanların gələcək həyatına birbaşa təsir göstərəcək.


Birinci vitse-spiker ideoloji dəyişikliklərin də dünyanın siyasi mənzərəsini yenidən formalaşdırdığını bildirib. Onun fikrincə, 19-cu və 20-ci əsrlərdə yaranmış ideoloji nəzəriyyələr yeni cərəyanlarla zənginləşir.


O, geosiyasi keçidə toxunaraq iqtisadi, siyasi və hərbi güc mərkəzlərinin dəyişdiyini, “Qlobal Cənub” anlayışının xüsusi əhəmiyyət qazandığını deyib. Nüfuz və resurslar uğrunda mübarizənin, bəzi hallarda isə müharibələrin müasir dünyanın əsas xüsusiyyətlərindən olduğunu vurğulayıb.


Birinci vitse-spiker Prezident İlham Əliyevin çıxışının qlobal dəyişikliklər fonunda Azərbaycanın gələcəyinin təmin edilməsi və qorunması ilə bağlı dövlət başçısının düşüncələrinin cəmiyyətə təqdimatı kimi qəbul edilməli olduğunu bildirib.

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol