• $
  • €
  • ₽
  • ₺
  • £

Hicran Hüseynova uşaqlar və gənclərlə maarifləndirmə işinin gücləndirilməsinə çağırıb

Hicran Hüseynova uşaqlar və gənclərlə maarifləndirmə işinin gücləndirilməsinə çağırıb
21.10.2026 12:11

Deputat Hicran Hüseynova bələdiyyələri, məktəbləri, medianı və digər sosial institutları uşaqlar və gənclərlə maarifləndirmə işini gücləndirməyə çağırıb.

O, xarici mərkəzlərin media və sosial şəbəkələr vasitəsilə gənclərə və ailələrə təsir göstərməyə çalışdığını bildirib.


“Şüarlarla deyil, daha sadə və əsaslı şəkildə söhbətlər aparmalı, görüşlər keçirməliyik”, - Hüseynova deyib.


Onun sözlərinə görə, gənclərin həyata baxışında və ailədaxili münasibətlərdə baş verən dəyişikliklər narahatlıq doğurur. Hüseynova bildirib ki, yerli özünüidarəetmə orqanları ailələri və onların gündəlik həyatını daha yaxından tanıdıqları üçün maarifləndirmə işində fəal iştirak etməlidirlər.


O, milli adətlərin, ailə dəyərlərinin və nümunəvi gənclərin təbliğini, uşaqların asudə vaxtının səmərəli təşkili üçün tədbirlərin keçirilməsini, gənclərin şəhid ailələri və qazilərlə görüşlərini təklif edib.


“Bir ölkənin varı, dövləti, gücü təkcə yeraltı və yerüstü sərvəti, iqtisadiyyatı, ordusu ilə ölçülmür. Ölkənin sərvəti həm də onun vətəndaşıdır, gəncidir, ailəsidir”, - Hüseynova bildirib.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol