• $
  • €
  • ₽
  • ₺
  • £

Etibar Məmmədov Vaqif Musayevin həbsindən danışdı

Etibar Məmmədov Vaqif Musayevin həbsindən danışdı
19.11.2013 14:02

“Vaqif Musayevlə şəxsi münasibətlərimizdə problem olmayıb, ancaq uzun müddətdir, əlaqə saxlamırıq. Onun hansı məsələ ilə əlaqədar həbs olunduğu bilinmir, mən də məlumatsızam. Həbsi barədə yalnız mətbuatdan oxumuşam”.

Bunu APA-ya açıqlamasında AMİP lideri Etibar Məmmədov söyləyib.

Vaqif Musayevin ailəsi ilə əlaqə saxlamadığını deyən Etibar Məmmədov onun ailəsinin də həbsin nə ilə əlaqədar olduğunu bilmədiyini qeyd edib. Vaqif Musayevin həbsi ilə bağlı mediada yazılanlara və rəsmi məlumatlara inanıb-inanmadığına gəlincə, AMİP lideri bildirib ki, həbsin nə ilə əlaqədar olduğunu bilmədiyi üçün heç nə deyə bilməz.

Qeyd edək ki, əslən Lənkərandan olan Vaqif Musayev uzun illər ərzində respublika miqyaslı ət kombinatına rəhbərlik edib. O, 1993-cü ildə Ələkram Hümbətov tərəfindən qondarma “Talış Muğan Respublikası”nın “baş naziri” təyin edilməsi ilə də diqqət mərkəzinə gəlib. Daha sonra AMİP-ə üzv olub. O, mediada AMİP-i maliyyələşdirən əsas şəxslərdən biri kimi təqdim olunub. Hətta Vaqif Musayev 2000-ci il parlament seçkilərində gözlənilmədən Şadman Hüseyn, Nazim İmanov kimi nüfuzlu simaları qabaqlayaraq partiyanın proporsional seçki siyahısında Etibar Məmmədovdan sonra ikinci yerdə qərarlaşıb. Partiya funksionerlərinin ciddi etirazlarına baxmayaraq, Etibar Məmmədov Vaqif Musayevlə bağlı qərarını dəyişməyib. Ancaq AMİP parlament seçkilərində 6 faizlik baryeri aşa bilmədiyi üçün deputat mandatı qazanmayıb. 2003-cü ildə AMİP-dən istefa verən Vaqif Musayev 2005-ci ildə deputatlığa namizəd olsa da, yenə də deputat seçilməyib.

Daxili İşlər Nazirliyi Vaqif Musayevin qanunsuz odlu silah gəzdirməsi faktı ilə əlaqədar polis tərəfindən saxlanıldığını açıqlayıb. Bəzi mətbuat orqanları Vaqif Musayevin həbsini Prezident Administrasiyasının İşlər İdarəsinin sabiq müdiri Akfi Muradverdiyev və Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun yaxın dostu olan, odlu silah gəzdirməsi faktına görə saxlanılan sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevlə əlaqələndirib.

APA

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol