• $
  • €
  • ₽
  • ₺
  • £

Rüstəm İbrahimbəyov Milli Şura sədrliyindən istefasının şərtini açıqladı

Rüstəm İbrahimbəyov Milli Şura sədrliyindən istefasının şərtini açıqladı
29.05.2020 09:10
“Müsavat Partiyası rəhbərliyinin fərqli mövqeləri ola bilər. Bu problemləri ancaq Milli Şura özü həll edə bilər. Milli Şurada belə qərara gəlsələr ki, Həmsədrlik İnstitutu özünü doğrultmur, mən istefaya gedərəm və Cəmil Həsənli bizim sədrimiz olar”.Bunu APA-ya açıqlamasında Milli Şuranın sədri Rüstəm İbrahimbəyov deyib. R. İbrahimbəyov qeyd edib ki, Milli Şura onun Həmsədrlik İnstitutu ilə bağlı təklifini qəbul etməsə, istefa verməyə hazırdır: “Milli Şura belə bir qərar versə, mən bunu mütləq qəbul edərəm. Çünki heç vaxt öz hədəfimlə siyasətlə məşğul olmaq istəmirdim. Dəfələrlə demişəm ki, məni buna vicdanım, taleyim məcbur edib. Mən doğurdan da, aylarla Bakıda olmuram. Həmsədrlik İnstitutunu ona görə təklif etmişdim ki, Cəmil Həsənli Azərbaycanda, mən də xaricdə Milli Şuranı birgə idarə edək. Milli Şura qərara gəlsə ki, həmsədrlik lazım deyil və yeganə sədr olmalıdır, mənə elə gəlir ki, Cəmil Həsənli bu vəzifəyə çox uyğun insandır”. R. İbrahimbəyov yaxın vaxtlarda Azərbaycana qayıtmaq fikrinin olmadığını da qeyd edib. Xatırladaq ki, Müsavat Məclisinin sədri Arzu Səmədbəyli APA-ya açıqlamasında deyib ki, R. İbrahimbəyov vəzifəsindən istefa verib, Cəmil Həsənlinin Milli Şuranın sədri olmasını irəli sürərsə, bu, ona çox hörmət qazandırar. Onun sözlərinə görə, bu addım indiki şəraitdə Milli Şuranın işini yenidən qurması məsələsində bir başlanğıc və təkan olar.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol