• $
  • €
  • ₽
  • ₺
  • £

“Qarabağ münaqişəsinin həlli asan olsaydı...”

“Qarabağ münaqişəsinin həlli asan olsaydı...”
13.11.2013 23:49
 “Mən Dağlıq Qarabağ məsələsinin bütün azərbaycanlılar üçün necə ağrılı məsələ olduğunu bilirəm. Bilirəm ki, azərbaycanlıların demək olar, 99 faizi Dağlıq Qarabağ məsələsində vahid mövqedən çıxış edir. 20 ildən çox keçməsinə baxmayaraq, bu məsələnin həll olunmamasına görə Azərbaycan xalqının məyusluğunu başa düşürəm”. APA-nın məlumatına görə, bunu Azərbaycan Dövlət İqtisadi Universitetin tələbələri ilə görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib. Səfir bildirib ki, ABŞ Minsk Qrupunun həmsədr ölkəsi kimi 20 ildir bu sahədə işləyir: “Biz Minsk Qrupu ilə birgə işləyərək, bu məsələnin nizamlanmasına nail olmaq üçün əlimizdən gələni edəcəyik. Hesab edirəm ki, əsas problemlərdən biri hər iki ölkə - həm Azərbaycan, həm də Ermənistanın böyük güclərin, böyük dövlətlərin, xüsusilə ABŞ-ın daha çox səy göstərməsini gözləməsidir. Regionlara səfər edərkən, küçədə insanlar məndən soruşurlar ki, məsələ niyə həll olunmur? Əmin edirəm ki, bu asan olsaydı, biz bunu edərdik. İnanıram ki, bu məsələ yalnız o zaman həll oluna bilər ki, münaqişə tərəfləri problemin birdəfəlik həllinə qəti qərar versinlər”. Səfir ümidvar olduğunu bildirib ki, prezidentlərin yaxın vaxtlarda baş tutacaq görüşündə hər iki ölkə başçısı bu problemi həll etmək və konkret məsələlərlə bağlı razılığa gəlmək üçün qərar qəbul edəcəklər. ABŞ tərəfindən Dağlıq Qarabağa hər il maliyyə yardım göstərilməsi ilə bağlı suala cavabında R. Morninqstar bildirib ki, bu, Konqresin mandatına uyğun olaraq həyata keçirilir və bu yardım ancaq humanitar məqsədlidir: “Həm də burada söhbət böyük məbləğlərdən getmir”. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol