• $
  • €
  • ₽
  • ₺
  • £

Asim Mollazadə insan amilinin inkişafına daha çox vəsaitin ayrılmasını təklif edib

Asim Mollazadə insan amilinin inkişafına daha çox vəsaitin ayrılmasını təklif edib
13.11.2013 18:15
“Biz çalışmalıyıq ki, Azərbaycanın iqtisadi uğurlarını hər bir vətəndaşın uğuruna çevirək”. Bu fikri Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Milli Məclisdə 2014-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı səsləndirib. O deyib  ki, Azərbaycanın qarşısında duran əsas hədəflərdən biri də qeyri-neft sektorunun inkişaf etdirilməsi və buradan büdcəyə daha çox vəsaitin cəlb edilməsidir. Qeyri-neft sektoruna ciddi  investisiyalar qoyulur. Lakin bu investisiyaları həyata keçirəcək peşəkar menecerlərin sayı kifayət qədər deyil. Odur ki, təhsil sistemimizdə çox ciddi islahatlar aparılmalı, hər bir sahə üzrə peşəkar mütəxəssislər hazırlanmalıdır. A.Mollazadənin fikrincə, investisiya qoyulan sahələr nəzarətə götürülməlidir: “Bu sahələrə Maliyyə Nazirliyinin, Nazirlər Kabinetinin nəzarəti olmalıdır ki, biz investisiyaların səmərəli nəticəsini görə bilək. Milli infrastrukturla yanaşı sənaye istiqamətinə qoyulan investisiyalarla bağlı işlər lazımi qaydada qurulmalıdır ki, Azərbaycan büdcəsinə gəlirlər daxil olsun”.Çıxışında səhiyyə islahatları zərurətinə toxunan millət vəkili deyib: “Büdcədə tibbi sığorta sisteminə vəsaitlərin ayrılmasına baxmayaraq, hələ də ölkədə bu sistem formalaşmayıb. Eyni zamanda, baxmayaraq ki, dövlət tərəfindən çoxsaylı yeni tibb müəssisələri açılır, ölkəyə çoxlu modern tibbi ləvazımatlar gətirilir, amma peşəkarlar olmadığına görə, tibbi xidmət sahəsində işlər düzgün qurulmur. Nəticədə vətəndaşlar keyfiyyətli tibbi xidmət üçün xarici ölkələrə üz tutmağa məcbur olurlar”.A.Mollazadə büdcədə mədəniyyət sahəsinə ciddi vəsaitlərin ayrılmasına ehtiyac duyulduğunu bildirib: “Azərbaycan mədəniyyəti tədris və elm sahəsilə birləşdirilməlidir. Ölkədəki hər bir muzey bir tədris mərkəzinə, bir elmi müəssisəyə çevrilməlidir. Müasir dövlətin vətəndaşı yüksək mədəniyyətə malik insan olmalıdır”.Təhsil sahəsindəki problemlərə də diqqət çəkən deputat deyib: “Təhsil islahatlarının ləng getməsində parlamentin də günahı var. Baxmayaraq ki, burada universitet rəhbərləri, rektorlar oturub, nə elm, nə ali təhsil, nə orta təhsil, nə peşə təhsili, nə də məktəbəqədər təhsil barədə qanunlar qəbul olunmayıb. Bizim universitetləri bitirən gənclər çox vaxt öz ixtisaslarını öyrənmək üçün əlavə kurslara gedirlər. Orta məktəbləri bitirən uşaqların 70 faizi universitetlərə daxil olmur. Bəs onlar harada peşəyə yiyələnirlər? Peşə təhsilinin bərpası üçün tədbir görmək lazımdır. Prezident müvafiq strategiya ilə bağlı sənəd imzalayıb. Əvvəl qanunlar bazası yaradılmalıdır ki, sonra da bu strategiya sürətlə həyata keçirilsin.”  ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol