• $
  • €
  • ₽
  • ₺
  • £

Asim Mollazadə 2014-cü ilin büdcəsinə təkliflər verdi

Asim Mollazadə 2014-cü ilin büdcəsinə təkliflər verdi
29.05.2020 10:53

O, qeyri-neft sektorunun inkişafı, səhiyyə, elm və təhsil sahəsində islahatlar, investisiyaların səmərəliliyi barədə təkliflərini maliyyə nazirinin diqqətinə çatdırıb"Hal-hazırda Azərbaycanın xaricdəki nümayəndəliklərinin sayı artıb. Azərbaycan xaricdə 70-dən çox səfirlik, baş konsulluq və daimi nümayəndəliklə təmsil olunur. Xarici İşlər Nazirliyində də kadrların sayı artıb. Lakin Azərbaycan diplomatlarının maaşları çox azdır. Onların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı büdcədə hansı addımlar nəzərdə tutulub? ” Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə 2014-cü il dövlət büdcəsi layihəsinin parlamentin 6 daimi komitəsinin bu gün keçirilmiş birgə iclasındakı müzakirəsi zamanı bu sualla maliyyə nazirinə müraciət edib.Millət vəkilinin nazirə ünvanlanmış digər sualı isə qeyri-neft sektorunun inkişafına ayrılmış investisiyaların aqibəti barədə olub: "Son illərdə Azərbaycan büdcəsi təkcə sosial xərclərin artımı ilə müşahidə olunmur. On ildən artıqdır ki, Azərbaycan büdcəsində kapital və investisiya layihələri nəzərdə tutulur. Bu istiqamətə böyük məbləğdə vəsaitlər ayrılıb. Təəssüf ki, Azərbaycanın qeyri-neft sektorunda bu investisiyalardan gözlənilən gəlirlər çox azdır. Nə üçün bu investisiyalar gəlir gətirmir?” Yeni fabrik və zavodların, istehsal müəssisələrinin açılmasına diqqət çəkən A.Mollazadə bu sahəyə ayrılmış investisiyaların müəyyən bir biznes plana əsaslanmalı olduğunu qeyd edib: "Bu investisiyalar nəticəsində Azərbaycan büdcəsinə daha çox gəlir gəlməli, iqtisadiyyat daha çox inkişaf etməli idi. Çox təəssüf ki, biz hələlik bunu müşahidə etmirik. Maliyyə nazirliyi müvafiq investisiyalar və kapital qoyuluşunun sabahkı günə yönəlmiş layihələrini yoxlamalıdır. Yeni investisiya layihələri həyata keçirildikcə, onların səmərəliliyi nəzarət altında olmalıdır. Hər bir investisiyanın səmərəliliyi əvvəlcədən tərtib olunmuş biznes planda əksini tapmalıdır ki, sonra da onun səmərəlilik dərəcəsini yoxlamaq mümkün olsun.”Millət vəliki çıxışında səhiyyə sahəsindəki çatışmazlıqlara da toxunub. O, bu sahədə islahatların çox ləng həyata keçirildiyini deyib. "Səhiyyə, tibbi sığorta ilə bağlı müvafiq qanunların qəbul olunmasına, bu sahəyə böyük vəsaitlərin ayrılmasına baxmayaraq, hələ də səhiyyə sistemində gözlənilən nəticələrin əldə olunmaması təəssüf doğurur” deyən millət vəkili həkimlərin maaşının çox aşağı olduğunu da vurğulayıb.A.Mollazadə elm və təhsil sahələrində də köklü islahatlara ehtiyac olduğunu dilə gətirib: "Hətta Rusiya Elmlər Akademiyasını qapatmaq və elm sahəsində ciddi dəyişikliklər həyata keçirmək istəyir. Azərbaycan isə onsuz da fundamental elm istiqamətində yeni hansısa işlər görə bilməyəcək. Çünki bu Azərbaycan büdcəsindən 10 dəfələrlə artıq maliyyə tələb edir. Fundamental elmə, kəşflərin, araşdırmaların aparılmasına 200-300 milyard vəsait lazımdır. Deməli, biz elmi universitetlərə gətirməliyik. Həm tədris proqramları, həm də universitetlər elm sahəsinin inkişafına xidmət edə bilər. Siz indi alimlərin maaşlarını artırırsız. Amma onlar Elmlər Akademiyasının institutlarında, universitetlərdə daha çox domino və ping-pong oynamaqla məşğuldular, nəinki elm sahəsinə töhfə verməklə. Həm elm sahəsi, həm peşə sahəsi, həm də məktəbəqədər tərbiyə sahəsi müvafiq qanunlarla təmin olunmalı və müvafiq islahatlar aparılmalıdır”.Millət vəkili əmək haqlarının çox aşağı olmasının müqabilində həkimlərə və müəllimlərə "rüşvətxor” damğası vurulmasının əleyhinə olduğunu da söyləyib: "Hamı deyir müəllim, həkim rüşvətxordur. Nə Azərbaycan müəllimi, nə də Azərbaycan həkimi rüşvətxor deyil. Amma sistemli islahatlar olmadığına görə, biz bu insanları başqa yollarla öz dolanışıqlarını təmin etməyə məcbur edirik. Bu gün bir valideyn üç övladını idarə etməkdə çətinlik çəkir, amma bir müəllim auditoriyada ən azı qırx nəfər tələbə, yaxud da şagirdi idarə edir. Bunun müqabilində isə cəmi 100-125 manat maaş alır. Bu əməkhaqqı ilə müəllim və yaxud həkim özünü necə dolandıra bilər?”A.Mollazadə indiyə qədər Azərbaycanın ali məktəblərinin necə idarə olunması barədə aydın təsəvvürlərin belə formalaşmadığına da diqqət çəkib.Millət vəkili çıxışında Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsinə də toxunub: "Qeyri-neft sektorunun inkişafı üçün Azərbaycan məhsulları dünya bazarına çıxarılmalıdır. Bunun üçün mütləq Ümumdünya Ticarət Təşkilatına üzv olmaq lazımdır. Buna paralel olaraq, Azərbaycan hökuməti Şərq Tərəfdaşlığı ölkələri və Avropa Birliyi ilə əməkdaşlıq sahələrində də üzərinə düşən vəzifələri icra etməlidir. Avropa bazarı Azərbaycan üçün daha əlverişlidir, nəinki Azərbaycanın kənd təsərrüfatı məhsullarına öz bazarlarını bağlayan Rusiya bazarı. Biz əvvəla Azərbaycan məhsullarının keyfiyyətini artırmalıyıq ki, xarici bazardakı rəqabətdə iştirak edə bilək. Bunun üçün müvafiq laboratoriyalar quraşdırılmalıdır ki, hər bir mal sertifikatlaşdırılarkən onun beynəlxalq və Avropanın qəbul etdiyi standartlara uyğunluğu təmin edilsin.”ANN.Az 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol