• $
  • €
  • ₽
  • ₺
  • £

Nalbadyan: “Salonun 90 faizini deyəsən azərbaycanlılar təşkil edir”

Nalbadyan: “Salonun 90 faizini deyəsən azərbaycanlılar təşkil edir”
27.11.2014 10:08
Ermənistanın xarici işlər naziri Edvard Nalbadyanın İsveçə rəsmi səfəri çərçivəsində Stokholm Beynəlxalq Sülh Araşdırmalar İnstitutunda “Cənubi Qafqazda Təhlükəsizlik Problemləri” mövzusunda məruzə ilə çıxış edib.ANN.Az AzərTAc-a istinadən xəbər verir ki, işğalçı ölkənin naziri çıxışını bitirəndən sonra İsveç-Azərbaycan Gənclər Təşkilatı fəallarının suallarına tuş gəlib. Belə ki, təşkilatın aktivistləri - Rəsul Məcidov, Allahverdi Verdizadə, Aysel Yusubova və Mahirə Muxtarova erməni nazirə 4 sual ünvanlayıblar.Verilən suallarda Ermənistanın 20 ildən artıqdır ki, Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistanı təcavüzkar dövlət kimi tanıyaraq, Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasını tələb etməsi qeyd olunub. Bundan başqa, 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərinin erməni hərbi birləşmələri tərəfindən bir gecədə yer üzündən silinməsini, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla – 613 nəfər dinc Xocalı sakini qəddarlıqla qətlə yetirilməsini tədbir iştirakçılarının diqqətinə çatdıran İsveç-Azərbaycan Gənclər Təşkilatının fəalları, Edvard Nalbadyanın bu haqda fikirlərini bilmək istəyiblər.Çətin anlar keçirən, tələbələrin suallarına destruktiv və uydurma dolu cavablar verən Edvard Nalbadyan, tədbirin bu şəkildə davam etməsindən narahat olduğu ifadə edib. Sualları cavablandırarkən əllərinin hərəkətindən və sifətindəki ifadədən açıq-aşkar əsəbi olduğu hiss olunan erməni nazirin, “salonun 90 faizini deyəsən azərbaycanlılar təşkil edir” ifadəsi, vəziyyətin onun üçün necə mürəkkəb olduğunu göstərirdi.Qeyd edək ki, tədbirdə erməni diasporasından bir nəfərin belə iştirak etməməsi, Ermənistan hakimiyyəti ilə diasporası arasında olan problemlərdən xəbər verir, bu isə Edvard Nalbadyanın İsveçə olan səfərinin fiaskoya uğramasının dəlilidir.ANN.Az
“salonun 90 faizini deyəsən azərbaycanlılar təşkil edir”http://azertag.az/xeber/813648
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol