• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyevin “Euronews”a müsahibəsi

İlham Əliyevin “Euronews”a müsahibəsi
02.12.2014 22:10
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 2-də Baku Expo Mərkəzində "BakuTel-2014” XX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olub.

ANN.Az AzərTac-a istinadən xəbər verir ki,dövlət başçısı sərgidə "Euronews” telekanalının müxbirinə müsahibə verib:

- Cənab Prezident, innovativ texnologiyaların həyata keçirilməsi baxımından Siz bu müqaviləni necə qiymətləndirirsiniz?

- Bu, bizim üçün əlamətdar gündür. Bu müqavilənin imzalanması kosmik sənayenin inkişafı baxımından Azərbaycan üçün çoxlu imkanlar açır. Bildiyiniz kimi, biz iqtisadiyyatımızın şaxələndirilməsi siyasətini həyata keçiririk və bu siyasət uğurludur. İnformasiya-kommunikasiya texnologiyaları və kosmik texnologiyalar bizim üçün əsas prioritetlərdən biridir. Yəqin bilirsiniz ki, biz artıq ilk peykimizi orbitə buraxmışıq. Bu, ikincidir. Proses davam edəcək. Bu, texnologiya, inkişaf, biznes, təhsil baxımından bir çox imkanlar açır. Eyni zamanda, bu peyk bizə kənd təsərrüfatı, fövqəladə hallar sahələrində, həyatımızın müxtəlif sahələrindəki imkanlarımızı daha ətraflı qiymətləndirməyə kömək edəcək. Mən bu müqaviləni yüksək qiymətləndirirəm. Eyni zamanda, bu, Fransa ilə Azərbaycan arasında ikitərəfli səviyyədə beynəlxalq əməkdaşlığın yaxşı nümunəsidir, çünki bu layihə hər iki prezident tərəfindən dəstəklənir. Eyni zamanda, "Azərkosmos” və "Airbus” arasında yaxşı əməkdaşlıq mövcuddur.

- Cənab Prezident, yəqin razılaşarsınız ki, "BakuTel” sərgisi telekommunikasiya nəhənglərini bir araya gətirir. Bu yüksək səviyyəli mütəxəssislər üçün növbəti prioritet nədən ibarət olmalıdır?

- "BakuTel”in böyük tarixi var. Artıq 20 ildir ki, biz bu sərgini keçiririk. Bu, onu göstərir ki, İKT-nin inkişafı baxımından Azərbaycan regionun mərkəzlərindən biridir. Bildiyiniz kimi, biz neft-qaz sahəsinin inkişafı, neft-qaz infrastrukturu baxımından regionun mərkəzlərindən biriyik. Lakin bir neçə il bundan əvvəl biz iqtisadiyyatı neft iqtisadiyyatından qeyri-neft iqtisadiyyatına çevirməyi qərara aldıq və transformasiya çox uğurludur. Biz qara qızıl olan nefti insan kapitalına çevirmək siyasətini həyata keçiririk. Bu səbəbdən "BakuTel” şirkətlərin Azərbaycanda fəaliyyət göstərməsi, Azərbaycanın artan iqtisadiyyatından faydalanması üçün bir çox imkanlar açır. Eyni zamanda, bu, bizə müasir beynəlxalq ekoloji inkişafın bir hissəsi olmağa imkan verir. Sonuncusu isə təhsildir. Minlərlə azərbaycanlı gənc burada hazırlanır, müxtəlif beynəlxalq şirkətlərdə çalışır və təhsil kurslarında iştirak edir. Bu, ölkənin inkişafı, müasirləşməsi, uğurlu gələcəyinə olduqca müsbət təsir göstərir.

- Bizə vaxt ayırdığınız və cavablarınız üçün təşəkkür edirəm.

- Təşəkkür edirəm.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol