• $
  • €
  • ₽
  • ₺
  • £

Millət vəkili: Bəzi dövlətlər radikal separatizmi alovlandırır

Millət vəkili: Bəzi dövlətlər  radikal separatizmi alovlandırır
04.12.2014 10:23
Bazeldə ATƏT PA-nın növbəti Büro iclası işini davam etdirib. ATƏT PA-nın gündəliyində duran məsələlər, Ukrayna böhranı, bölgədə təhlükəsizlik, Helsinki prinsiplərinə sadiqlik və s. kimi məsələlər avropalı deputatların gərgin müzakirələri ilə keçib.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanı təmsil edən Milli Məclisin deputatı, ATƏT PA-da Siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini Azay Quliyev cıxış edərək gündəlikdə duran məsələlərə münasibət bildirib. Azərbaycanlı deputat qeyd edib ki, Ukraynadakı hadisələrin get-gedə gerginləşməsi bölgə üçün xoş heç nə vəd etmir. "ATƏT PA tezliklə Ukrayna böhranının həlli ilə əlaqədar yaradılmış "Bakı Qrupunun" fəaliyyətini bərpa etməli və hadisələrin daha dramatik məcraya yönəlməməsi üçün prosesə ciddi müdaxilə etməlidir” - deyən Azay Quliyev Avropa İttifaqının Ukraynadakı separatçılara qarşı tətbiq etdiyi sanksiyaları alqışladığını və bundan sonra separatçı liderlərin Avropa İttifaqı ərazisinə girişlərinin qadağan edilməsini müsbət qiymətləndirib.

A.Quliyevin sözlərinə görə, bu addım separatçı rejimlərə bir siqnal olmalı və onları belə qanunsuz hərəkətlərdən çəkindirməlidir. Bundan sonra azərbaycanlı millət vəkili avropalı parlamentarilərin diqqətini Dağlıq Qarabağ münaqişəsinə yönəldib. O, bu qadağa və sanksiyaların Dağliq Qarabağ separatçılarına da şamil olunmasının vacibliyini vurğulayıb. Deputat təəssüflə qeyd edib ki, bəzi dövlətlər nəinki, Qarabağ separatçılarına qadağalar tətbiq edir, tam əksinə onları öz ölkələrinə dəvət etməklə bölgədə radikal separatizmi daha da alovlandırır.

"Gələn il Helsinki yekun aktının qəbulunun 40 illiyi Helsinkidə qeyd ediləcək. ATƏT PA bu tarixi günə ciddi hazirlaşmalı və Helsinki prinsiplərinin necə yerinə yetirilməsi vəziyyəti haqqında ətraflı hesabat hazırlanmalıdır” - deyən Azay Quliyev konkret təkliflə çıxış edib: "Yaxşı olar ki, bu hesabatı hazırlayan Joa Soaris Helsinki prinsiplərinin Azərbaycana, Moldavaya, Gürcüstana və Ukraynaya münasibətdə pozulması hallarına daha çox diqqət yetirsin və ATƏT PA öz mandatı çərçivəsində bu pozuntuların qarşısını almaq üçün həlledici qərarlar qəbul etsin”.

Belə bir qətnamənin hazırlanmasının vacibliyini qeyd edən azərbaycanlı millət vəkilinin "ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joa Suaresi və PA rəhbərliyini bu sənədin hazırlanması və qəbulunda yaxından iştiraka dəvət edirəm” fikri avropalı həmkarları tərəfindən razılıqla qarşılanıb.
 
ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol