XİN: Köçəryanın dedikləri hər hansı şərhə layiq deyil

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev, Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın açıqlamasına münasibət bildirib.
H.Hacıyev öz "Facebook” səhifəsində bildirib ki, Ş.Köçəryan Madrid prinsiplərindən və danışıqların gedişindən tam xəbərsiz olduğunu bir daha sübut edib. "Görünür ki, Madrid prinsiplərinin yalnız adını həmsədrlərin açıqlamalarından eşitmişdir. Onun dedikləri hər hansı şərhə layiq deyil”, - deyə XİN sözçüsü bildirib.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























