Asim Mollazadə: “Avropanın Qarabağla bağlı qərarı var”

"Beynəlxalq təşkilatlar öz təməl prinsiplərinə göz yumaraq Ermənistanı təcavüzkar kimi sülhə məcbur etmirlər”.
ANN.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında millət vəkili Asim Mollazadə söyləyib.
O, Ermənistana qarşı sanksiyaların tətbiq edilməli olduğunu deyib: "Azərbaycan hər zaman çalışır ki, beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın qeyri-qanuni hərəkətlərinə cəlb eləsin. Bilirsiniz ki, Ermənistanın cəbhənin təmas xəttində atəşkəsi sərt şəkildə pozması məsələsi ilə bağlı artıq Avropa Şurasının müvafiq qərarı var. Məruzəçilik müəyyənləşdirilib. Məruzəçi də Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı olan məruzə üzərində işləyir. Bu, Avropa Şurasında yüksək müzakirə mövzusu olacaq. Biz həmçinin istəyirik ki, bu cür müzakirələr həm Avropa Parlamentində, həm ATƏT-in Parlament Assambleyasında keçirilsin. Bu gün qəribə vəziyyət yaranıb. Beynəlxalq təşkilatlar öz təməl prinsiplərinə göz yumaraq Ermənistanı təcavüzkar kimi sülhə məcbur etmirlər. Bunun üçün isə ən mühüm qərar Ermənistana qarşı müvafiq qərarlar və sanksiyaların qəbul edilməsidir. Ukrayna hadisələri ilə bağlı Rusiya sanksiyalar tətbiq edildiyi kimi, Ermənistana da tətbiq edilməlidir”.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib