• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda siyasi partiyalara 2,5 milyon manat vəsait ayrıldı

Azərbaycanda siyasi partiyalara 2,5 milyon manat vəsait ayrıldı
08.01.2015 15:37
Azərbaycanda 2015-ci ildə siyasi partiyalara ayrılan vəsaitin miqdarı açıqlanıb.

APA-nın Maliyyə Nazirliyinin təqdim etdiyi "Vətəndaşın büdcə bələdçisi” kitabına istinadən verdiyi məlumata görə, 2015-ci ilin dövlət büdcəsində "Siyasi partiyalar haqqında” qanunun icrası üçün siyasi partiyaların fəaliyyətinə 2,5 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
 
Qeyd edək ki, "Siyasi partiyalar haqqında” qanuna əsasən, dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.
 
Xatırladaq ki, maliyyə naziri Samir Şərifov 2014-cü il noyabrın 28-də Milli Məclisdə büdcə müzakirələri zamanı bildirib ki, 2014-cü ildə siyasi partiyalar ayrılan vəsaitin 10% qənaət nəticəsində 250 min manatı bölüşdürülməmiş qalıb və bu məbləğ 2015-ci ildə siyasi partiyalar arasında tam şəkildə bölüşdürüləcək. Bununla bağlı qanun layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunmalıdır.
 
Səbəb odur ki, qanunda nəzərdə tutulsa da, hazırda Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiya yoxdur.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol