• $
  • €
  • ₽
  • ₺
  • £

Kəlbəcərli girovların məsələsi Türkiyə parlamentində

Kəlbəcərli girovların məsələsi Türkiyə parlamentində
05.02.2015 17:08
Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Əli Özgündüz Türkiyə Böyük Millət Məclisindəki (TBMM) çıxışında ötən ilin iyun ayında Kəlbəcərdə ermənilər tərəfindən girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərovun Azərbaycana qaytarılması üçün Türkiyənin hərəkətə keçməsini istəyib.

ANN.Az APA-ya istinadən xəbər verir ki, Ə. Özgündüz Kəlbəcərə analarının məzarlarını ziyarətə gedən hər iki azərbaycanlının erməni əsgərləri tərəfindən tutulduğunu, bir nəfərin isə işgəncə ilə öldürüldüyünü nəzərə çatdırıb.
 
"Bu, hazırda Azərbaycan üçün çox önəmli məsələdir. Biz bir millətik deyirik. Azərbaycan və Türkiyə vətəndaşları bir millət, iki dövlətdir deyirik. Dolayısı ilə, hazırda əgər bir millətiksə, bizim millətdən 2 nəfər qondarma bir məhkəmə tərəfindən ittiham olunaraq biri ömürlük, digəri isə 22 il həbsə məhkum olunub. Türkiyə Xarici İşlər Nazirliyi bu məsələ ilə maraqlanmalıdır. Yəni Azərbaycanla münasibətlərimiz sadəcə sözdə deyil, gerçəkdən qardaşlıq münasibətləridir deyiriksə, bunu göstərmək üçün önəmli vasitələrdən və imkanlardan biri Xarici İşlər Nazirliyimizin əlindədir", - deyə Əli Özgündüz vurğulayıb.
 
Millət vəkili əlavə edib ki, işğal olunmuş ərazilər BMT qərarlarına görə Azərbaycan torpaqlarıdır: "Öz torpağında anasının məzarını ziyarət etməyə gedənlər bu şəkildə uydurma məhkəmədə ağır cəzalara məhkum edilir. Bu iki türk qardaşımızın bir an öncə Ermənistan həbsxanalarından qurtarılması və ölkələrinə azad dönmələri üçün Türkiyə hökumətinə önəmli vəzifə düşür".
 
Ə. Özgündüz Türkiyə xarici işlər nazirini məsələni beynəlxalq səviyyədə qaldırmağa və addımlar atmağa çağırıb: "Ən bəsit şəkildə insan haqlarının pozulmasına görə dünya ayağa qalxır. Biz də dünyanı ayağa qaldırmalıyıq. Azərbaycan bizi özünə böyük qardaş bilir. Azərbaycanı bu məsələdə tək buraxmamalıyıq. Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdirsə, bu gün Azərbaycan kədərdədir. Bu gün Quliyevin və Əsgərovun ailələri kədərdədir. Həsən Həsənov işgəncə nəticəsində ölüb. Ona Allahdan rəhmət diləyirik. Bu parlamentin iqtidarıyla, müxalifətiylə biz bu məsələdə Azərbaycanın yanındayıq. Azərbaycanlı qardaşlarımızın bu haqlı tələbini dəstəkləyirik".

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol