• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan XİN Kopenhagendəki atışmanı qınayır

Azərbaycan XİN Kopenhagendəki atışmanı qınayır
15.02.2015 18:00
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kopenhagendəki atışmanı qınayıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in bəyanatında deyilir.  Bəyanatda bildirilir: "Azərbaycan Kopenhagendəki atışmanı qınayır, ölən və xəsarət alanların yaxınlarına və ailələrinə başsağlığı verir”.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, Kopenhagendə naməlum kişi Norreport metro və şəhərətrafı qatarlar stansiyası yaxınlığında polis əmkdaşlarına atəş açıb.

Asayiş keşikçiləri cavab olaraq tabel silahdan istifadə etmək məcburiyyətində qalıblar. Nəticədə atəş açmış şəxs ölürülüb.

Norreport stansiyası şəhərdə şənbə günü və fevralın 15-də silahlı hücumların birinin törədildiyi yerin yaxınlığında yerləşir.

İki nəfər ölüb, daha beş nəfər isə yaralanıb. Hər iki halda da cinayətkarlar qaçıb gizlənə biliblər.

Şənbə günü naməlum kişi avtomat silahdan "Krudtenden” kafesini deşik-deşik edib. Kafedə "İncəsənət, küfr və söz azadlığı” mövzusunda ictimai diskussiya keçirilib.

Polisin məlumatına görə, hücumla əlaqədar 25-30 yaşlı ərəb xarici görünüşü olan kişi axtarılır.

Gecə yarısından sonra birinci hucumun törədildiyi yerdən 3 kilometr məsafədə yerləşən Kristalqad küçəsindəki sinaqoqun yaxınlığında atəş açılıb.

Kopenhagendəki hadisə ilə əlaqədar təhlükəsizlik tədbirləi gücləndirlib. Nəqliyyat qovşaqlarında nəzarət gücləndirilib, paytaxtın bütün çıxışları bağlanılıb.
 
ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol