• $
  • €
  • ₽
  • ₺
  • £

Putin 7 rayonu necə qaytarır?

Putin 7 rayonu necə qaytarır?
17.02.2015 14:35
Rusiya Qarabağ məsələsini Birləşmiş Ştatların iştirakı olmadan həll etmək istəyir. 

ANS PRESS-in məlumatına görə, bu, Rusiya prezidentinin etibarlı şəxsi, Rusiya Federasiyasının İctimai Palatasının üzvü, siyasi analitik Sergey Markovun Bakıda keçirdiyi mətbuat konfransında dediklərindən anlaşılıb. 

Markov Rusiyanın Ermənistanla Azərbaycan arasında əldə ediləcək böyük tarixi güzəştdə oynayadəğı roldan danışıb və bunun ATƏT-in Minsk qrupunun çərçivəsindən kənarda olacağını ehtimal edib. "Bu təşkilatın fəaliyyətində Amerika maraqları boğaza qədərdir", - deyə rusiyalı politoloq vurğulayır. 

Markovun dediyindən belə başa düşülür ki, Rusiya Qarabağ məsələsində Azərbaycana indiyə kimi heç zaman edilməmiş güzəştlə müraciət edəcək. "Azərbaycan - Rusiya münasibətləri hazırda ən yaxşı dövrünü yaşayır. Qarabağ münaqişəsində müvəqqəti tarixi güzəşt üçün əsas yaranıb. Hazırda durum prinsipcə fərqlidir. Azərbaycan ordusu güclüdür, ölkənin iqtisadiyyatı güclənib. Erməni cəmiyyəti Qarabağ münaqişəsinin yaratğı blokdadan yorulub. Ermənistan Qarabağ ətrafında yeddi rayonu azad etməklə blokdadan çıxır, cəbhə xəttində gərginlik aşağı düşür. Əminəm ki, artıq bu istiqamətdə danışıqlar gedir", - deyə Markov vurğulayır. 

Göründüyü kimi, Rusiya Qarabağ məsələsində Azərbaycana böyük güzəştlər vəd edir və bu, ATƏT-in Minsk qrupunun çərçivəsində Moskvanın ən böyük rəqibi olan Ağ Evi də hərəkətə keçirib. Görünür, ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Bakıya səfəri də məhz bununla bağlıdır. Postsovet məkanının çox yaxşı tanıyan xanım siyasətçi, böyük ehtimalla, münaqişənin həlli məsələsində Rusiyanı arxa plana atmaq üçün Azərbaycana daha güzəştli təkliflər etməlidir. 

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol