Azərbaycan prezidenti Küveyt əmirini təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev Küveyt dövlətinin əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
Oxu.Az xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:
"Əlahəzrət, Küveyt dövlətinin milli bayramı münasibətilə sizi və sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu əlamətdar gündə sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Küveyt xalqına daim sülh və rifah arzulayıram”.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























