• $
  • €
  • ₽
  • ₺
  • £

Səfir: "Aİ Azərbaycanla tərəfdaşlığı olduqca mühüm hesab edir"

Səfir: "Aİ Azərbaycanla tərəfdaşlığı olduqca mühüm hesab edir"
01.04.2015 14:45
"Avropa İttifaqı Azərbaycanla tərəfdaşlığı olduqca mühüm hesab edir və bu münasibətlərin möhkəmləndirilməsini davam etdirmək niyyətindədir".

"Report" xəbər verir ki, bu barədə Aİ-nin Azərbaynadakı nümayəndəliyinin rəhbəri Malena Mard mətbuat konfransında bildirib. 

Aİ səfiri qeyd edib ki, son 10 il ərzində Azərbaycanla tərəfdaşlıq Aİ-nin qonşu ölkələrlə əməkdaşlığının əsasını təşkil edən Avropa Qonşuluq Siyasəti poroqramı çərçivəsində hayata keçib. Lakin bu siyasətin yenidən nəzərdən keçirilməsi qərara alınıb. Bununla əlaqədar Avropa İttifaqı tərəfdaş ölkələr və Avropa Qonşuluq Siyasəti üzvləri ilə 4 aylıq məsləhətləşmələrin keçirilməsi haqqında qərarını elan edib. 

M.Mard vurğulayıb ki, Aİ yenilənmiş Avropa Qonşuluq Siyasəti çərçivəsində tərəfdaş ölkələrlə daha sıx əməkdaşlıq edərək, geniş spektoru əhatə edən sahələrdə fəaliyyət göstərəcək. Nəzərdə tutulur ki, bu əməkdaşlıq daha çevik olacaq. 

Aİ səfiri, həmçinin Azərbaycan tərəfindən  Avropa Qonşuluq Siyasəti  çərçivəsində görülən işlər haqqında Məruzə təqdim edib. O, Azərbaycanın iqtisadiyyatının diversifikasiyası ilə bağlı atdığı addımları qeyd edib, ölkənin Cənub Dəhlizi layihəsinin həyata keçirilməsində mühüm rolunu vurğulayıb. 

M.Mard bildirib ki, məruzədə Aİ-nin Azərbaycanda insan haqları sahəsindəki vəziyyətə dair narahatlığı qeyd olunub. 

Xatırladaq ki, martın 25-də Avropa İttifaqı  Azərbaycan tərəfindən Avropa Qonşuluq Siyasəti  çərçivəsində görülən işlər haqqında Məruzə dərc edib. Məruzə son 1 il ərzində ölkədə iqtisadiyyat, demokratik islahatlar, insan haqları və s. sahələrdə əldə olunan tərəqqi haqqında icmaldır. 

Aİ hər il Azərbaycanın da iştirakçısı olduğu Avropa Qonşuluq Siyasəti proqramına daxil olan 16 ölkəsində  əldə olunan tərəqqi haqqında məruzə dərc edir.   

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol