• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Həsənov: Ermənilərin şouları Azərbaycan-Rusiya əlaqələrinə təsir göstərə bilməz

Əli Həsənov: Ermənilərin şouları Azərbaycan-Rusiya əlaqələrinə təsir göstərə bilməz
01.04.2015 17:09
Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsinin sədri Leonid Slutskinin Ermənistana səfərindən sonra erməni mediası onun adından bir sıra anti-Azərbaycan yönümlü məlumatlar yayılıb. 

Leonid Slutski Azərbaycanın Rusiyadakı səfirliyində mətbuat konfransı keçirərək onun adından yayılmış fikirləri təkzib edib, Azərbaycan rəhbərliyinin və Azərbaycan xalqının dostu olaraq qaldığını vurğulayıb. 

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bununla bağlı xüsusi bəyanatla çıxış edib. 

ANN.Az AzərTAC-a istinadla Əli Həsənovun bəyanatını təqdim edir:

- Son zamanlar Azərbaycan və Türkiyənin rəsmi orqanları, ictimai təşkilatları, eləcə də Azərbaycan və Türkiyənin dünyanın müxtəlif ölkələrindəki diaspor qurumları tərəfindən reallaşdırılan müştərək tədbirlər, layihələr, əks kampaniya- bir sözlə, birgə fəaliyyət həddən artıq effektli və uğurlu olmuş, nəticədə Ermənistanın Türkiyə və Azərbaycan əleyhinə illərdir ki həyata keçirdiyi çirkin təbliğat kampaniyası iflasa uğramışdır. 

Azərbaycan və Türkiyə əleyhinə formalaşdırılan qərəzli stereotiplər dağıdılmış, eyni zamanda ermənilərinin özləri haqqında uydurduqları "məzlum, əzabkeş erməni xalqı” obrazının, "erməni soyqırımı” iddialarının saxtalığı üzə çıxmışdır. Azərbaycan xalqının uzun illər ərzində erməni işğalçı qüvvələri tərəfindən məruz qaldığı soyqırım və təcavüz barədə dünya ictimaiyyətinin dolğun məlumatlandırılması sayəsində get-gedə daha çox beynəlxalq təşkilat, ayrı-ayrı dövlətlər, o cümlədən ABŞ-ın bir sıra ştatları təcavüzkarı öz adıyla çağırmağa başlamışdır. 

Son zamanlar Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını pisləyən, Xocalı soyqırımının tanınmasını dəstəkləyən çoxsaylı qətnamələr qəbul edimişdir.

Beləliklə, ermənilər qondarma soyqırımın 100 illiyi üçün öz qarşılarına qoyduqları hədəflərə çata bilməmişlər. Qondarma soyqırımın 100 illiyi ilə bağlı keçirəcəkləri tədbirlərdə ali səviyyəli xarici qonaqların iştirakı da sual altında qalmışdır.

Bütün bunlara görə Ermənistan dövləti, onun xarici siyasətinə, yalanlar üzərində qurulmuş təbliğatına məsul qurumlar və xaricdəki erməni diasporu isterika içərisindədir. İndi onlar öz yalanlarını başqa ölkə rəsmilərinin fikirlərini açıq-aşkar təhrif etməklə yaymağa cəhd edirlər. Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsinin sədri Leonid Slutskinin adından iki gün əvvəl erməni mediasında yayılmış fikirlər bu baxımdan növbəti uğursuz cəhddir. Belə addımlar ilk növbədə Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirmək, iki ölkənin parlament təmsilçiləri, müxtəlif qeyr-hökumət təşkilatları, vətəndaş cəmiyyəti institutları, ziyalılar və s. arasında sıxlaşan əlaqələrə kölgə salmaq məqsədi güdür. 

Biz cənab Slutskini Azərbaycan xalqının, dövlətimizin və ölkənin siyasi rəhbərliyinin sadiq dostu hesab edirik. Bu dostluq Azərbaycan və Rusiya arasında çoxəsrlik tarixi ənənələrə, siyasi və iqtisadi maraqlara, bir-birinin suveren siyasətinə qarşılıqlı hörmətə və təbii ki, onilliklərin sınağından çıxmış insani münasibətlərə söykənir. Hesab edirik ki, Azərbaycan – Rusiya münasibətləri hər hansı təxribatların fövqündədir, ermənilərin belə ucuz şouları bizim əlaqələrə heç bir təsir göstərə bilməz. Əminik ki, bizim Rusiya ilə əlaqələrimiz bundan sonra da uğurla inkişaf edəcək, Azərbaycanın Leonid Slutski kimi dostları bu əlaqələrə öz töhfələrini verməkdə davam edəcəklər.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol