AŞPA məruzəçisinin Azərbaycana səfəri təxirə salınıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçisi Pedro Aqramuntun Azərbaycana səfəri təxirə salınıb.
Bu barədə "Report" AŞPA mətbuat xidmətinə istinadən xəbər verir.
"AŞPA məruzəçisi P.Aqramuntun aprelin 8-9-da nəzərdə tutulan səfəri naməlum səbəbdən təxirə salınıb", - AŞPA mətbuat xidmətinin "twitter" səhifəsində qeyd olunub.
P.Aqramuntun Bakıya səfərinin məqsədi AŞPA-nın Hüquqi məsələlər və insan haqları Komitəsi üçün ölkədə insan hüquqlarına riayət olunması mövzusunda məruzənin hazırlanmasıdır.
Xatırladaq ki, P.Aqramunt martın əvvəlində öz polşalı həmkarı Tadeuş İvinski ilə birgə Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi qismində Bakıya səfər edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























