Çexiya prezidenti Azərbaycana səfər edəcək

Çexiya prezidenti Miloş Zeman bu il Kolumbiya, Meksika və Azərbaycana səfər etməyi planlaşdırır.
"Report" "Czech News Agency"yə istinadən xəbər verir ki, bu barədə aprelin 7-də Prezident Dəftərxanasının Xarici Əlaqələr Departamentinin rəhbəri Hinek Kmoniçek məlumat verib.
Onun mətbuat katibi İrji Ovçaçek xəbəri təsdiqləyib və Zemanın Çexiyaya ikinci ən böyük neft ixracatçısı olan Azərbaycana sentyabrın ortalarında səfər etməyi planlaşdırdığını qeyd edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























