• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Həsənov: “İran gələcəkdə öz qazını TANAP vasitəsi ilə Qərb ölkələrinə çatdıra bilər”

Əli Həsənov: “İran gələcəkdə öz qazını TANAP vasitəsi ilə Qərb ölkələrinə çatdıra bilər”
09.04.2015 22:10
"Trans Anadolu boru xətti "Əsrin layihəsi”dir”.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu İstanbulda keçirilən XVIII Avrasiya İqtisadi Zirvə görüşündə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
 
Ə. Həsənov bildirib ki, Trans Anadolu boru xətti (TANAP) hazırda dünyada həyata keçirilən ən önəmli enerji layihəsidir: "Hazırda TANAP yeganə alternativ enerji qaynağı olan Azərbaycan qazını Avropaya və dünya enerji bazarına çatdıracağı üçün böyük əhəmiyyət daşıyır. Ən azı 60-70 il ərzində ildə 30 milyard kubmetrədək qaz bu xətt vasitəsi ilə Avropa istehlakçılarına çatdırılacaq. Ona görə də TANAP böyük layihədir. Digər tərəfdən  Avropa ölkələri ilə ABŞ-ın qonşumuz İran üzərindəki sanksiyaları qaldırılacaq. Fikrimizcə, İran da zəngin təbii qaz ehtiyatlarını gələcəkdə TANAP vasitəsi ilə Qərb ölkələrinə çatdıra bilər. Orta perspektivdə Türkmənistan qazının TANAP vasitəsi ilə Avropaya nəql edilməsi də mümkün ola bilər”.
 
"Altılıq” ölkələri ilə Tehran arasında əldə olunan razılaşmadan danışan Ə. Həsənov bildirib ki, bu razılaşma bölgəyə müsbət təsir göstərəcək: "İran Qafqaz və Qara dəniz hövzəsinin geostrategiyasını, geosiyasətini və geoiqtisadiyyatını müəyyənləşdirən ən önəmli üç dövlətdən biridir. Biz bu dövlətlərin hər birinin Qərbdəki tərəfdaşlarımızla arasının yaxşı olmasını arzu edirik. Çünki vəziyyət bizi bəzən Avropa, ABŞ, İran, ya da Türkiyə, Rusiya, İran arasında seçim etmək məcburiyyətində qoyurdu. Münasibətlərin yaxşı olması təbii qaz və digər enerji qaynaqları baxımından əlaqələrimizə müsbət təsir göstərər”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol