• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanı “Putin NATO-su”na qəbul edə bilərlər

Azərbaycanı “Putin NATO-su”na qəbul edə bilərlər
13.04.2015 16:45
Çin, İran və bir sıra ölkələr Kollektiv Təhlükəsizlik barədə Müqavilə Təşkilatı (KTMT) ilə əməkdaşlığa maraq göstərirlər, Oxu.Az xəbər verir ki, bu barədə TASS-a verdiyi müsahibəsində təşkilatın baş katibi Nikolay Bordyujka bildirib.

"KTMT ilə əməkdaşlığa maraq var. Amma daha ciddi qarşılıqlı fəaliyyət haqqında qərar müstəqil qəbul edilməlidir”, - o, vurğulayıb.

"KTMT Pakistan, İran, Çin, Azərbaycan, Gürcüstanın və s. istənilən ölkənin ərizəsini nəzərdən keçirməyə hazırdır. Amma, bizim üçün bu qərarın dərk edilməsi və dövlətin kollektiv əsasda təhlükəsizlik sahəsində praktiki olaraq fəaliyyət göstərməyə hazırlığı müəyyənedici olacaq. Bu, sonradan heç nəyin baş vermədiyi sadə siyasi addım deyil, düşünülmüş qərar olacaq”, - təşkilatın baş katibi yekunlaşdırıb.

1992-ci ildə yaradılmış Kollektiv Təhlükəsizlik barədə Müqavilə Təşkilatına, bu gün altı üzv – Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstan daxildir. KTMT-də Özbəkistanın üzvlüyü 2012-ci ildə dayandırılıb.

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik barədə Müqavilə Təşkilatı (KTMT) bir neçə Avrasiya dövləti tərəfindən 1992-ci il may ayının 15-də imzalanmış Kollektiv Təhlükəsizlik Müqaviləsi əsasında yaradılmış hərbi-siyasi ittifaqdır (müxtəlif dövrlərdə təşkilatda 6-dan 9-a qədər dövlət birləşirdi).

1992-ci ilin may ayının 15-də Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan Daşkənddə Kollektiv Təhlükəsizlik haqqında Müqavilə (KTM) imzalayıblar. Azərbaycan müqaviləni 1993-cü ilin sentyabrın 24-də, Gürcüstan 1993-cü ilin sentyabrın 9-da, Belarus 1993-cü ilin dekabrın 31-də imzalayıb.

Müqavilə 1994-cü ilin aprel ayının 20-də qüvvəyə minib. Müqavilə 5 ilə nəzərdə tutulub və müddətin uzadılması mümkün idi. 1999-cu ildə Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan prezidentləri müqavilənin fəaliyyət müddətinin növbəti beşillik uzadılması üçün protokol imzaladılar, amma Azərbaycan, Gürcüstan və Özbəkistan müqavilənin müddətinin uzadılmasından imtina etdilər, həmin il Özbəkistan GUAM-a qoşuldu.

KTM-nin 2002-ci ilin may ayının 14-də Moskva sessiyasında beynəlxalq təşkilata - Kollektiv Təhlükəsizlik barədə Müqavilə Təşkilatına (KTMT) çevrilməsi qərarı qəbul edildi.

2002-ci ilin oktyabrın 7-də Kişinyovda KTMT-nin Nizamnaməsi və hüquqi statusu barədə Razılaşma imzalandı. Sənədlər KTMT-nin üzv-ölkələri tərəfindən baxılaraq 2003-cü ilin sentyabr ayının 18-də qüvvəyə mindi.

2006-cı ilin avqust ayının 16-da Soçidə Özbəkistanın (üzvlüyünün bərpası) tamhüquqlu şəkildə KTMT-yə birləşdirilməsinə dair qərar qəbul edilib.

2009-cu ilin fevral ayının 4-də Moskvada Kollektiv Təhlükəsizlik barədə Müqavilə Təşkilatı (KTMT) ölkələrinin liderləri Kollektiv çevik reaksiya qüvvələrinin yaradılması barədə qərar qəbul etdilər.  

Bu sənədə müvafiq olaraq, Kollektiv çevik reaksiya qüvvələri hərbi aqressiyanın qarşısını almaq, beynəlxalq terrorizm və ekstremizm ilə mübarizə əməliyyatlarının keçirilməsi, transmilli mütəşəkkil cinayətkarlıq, narkotrafik, eləcə də fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün istifadə ediləcək.

2012-ci ilin 28 iyun tarixində Daşkənd Özbəkistanın KTMT-də üzvlüyünün dayandırılmasına dair xəbərdarlıq notası göndərib (üzvlük rəsmi olaraq həmin ilin dekabr ayının 19-da dayandırılıb).

Təşkilatın əsasını, Rusiya prezidenti Vladimir Putinin dəstəyi ilə yaradılmış Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələr təşkil edir. KTMT-ni çox zaman "Putin NATO-su” adlandırırlar.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol