• $
  • €
  • ₽
  • ₺
  • £

“Türkiyənin üzərində "soyqırım" ləkəsi yoxdur”

“Türkiyənin üzərində "soyqırım" ləkəsi yoxdur”
16.04.2015 09:43
"Haqqında heç bir məhkəmə qərarı olmayan 1915-ci il olaylarını soyqırım olaraq təqdim etmək, iftiradan o yana keçməməkdir”

"Türkiyənin üzərində "soyqırım" ləkəsi və kölgəsi yoxdur”.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Avropa Parlamentinin (AP)1915-ci il hadisələrini "soyqırım” adlandırmasına cavab olaraq bildirib.

"Ermənistan başda olmaqla parlamentlərinin qapısını onlara açan millətlərə səslənirəm: mənim ölkəmdə vətəndaşı olan və olmayan 100 minə yaxın erməni var. Əcaba, onların ölkəsində nə qədər erməni var? Bizim erməni vətəndaşlarımıza qarşı bu günə qədər hər hansı ayrı-seçkiliyimiz oldumu? Biz ölkəmizə öz ölkəsindən qaçıb gələn erməniləri də deportasiya etmədik, halbuki edə bilərdik. Onları hələ də ölkəmizdə qonaq edirik. Belə bir davranış nümayiş etdirən ölkəyə bu cür qarşılıq verilməsini anlamaq mümkün deyil”.

Ərdoğan AP-nin qərarı ilə bağlı deyib: "Necə qərar veririlərsə versinlər, bir qulağımızdan girib, o birindən çıxacaq. Türkiyənin belə bir ittihamı qəbul etməsi əsla mümkün deyil”.

Türkiyə baş nazirinin müavini Yalçın Akdoğan isə qərara "twitter” sosial şəbəkəsi üzərindən münasibət bildirib: "AP bu qərarı ilə sözünün ağırlığını aradan qaldırır. AP-nin bir gücü, təsir imkanı varsa, tarixlə bağlı boş sözləri buraxıb, bu gün yaşanan real hadisələrlə bağlı mövqeyini ortaya qoysun”.

Türkiyənin Avropa Birliyi (AB) üzrə naziri və baş müzakirəçi Volkan Bozkır da AP-nin qərarı ilə bağlı yazılı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, Türkiyənin nümayiş etdirdiyi xoş niyyətə qarşı AP bu qərarı ilə tarixi siyasətə alət edib.

Bozkır bu qərarın tarixi və hüquqi gerçəyi əks etdirmədiyini, ona görə də Türkiyə və Türk milləti üçün heç bir əhəmiyyət daşımadığını qeyd edib: "Avropa Parlamenti bugünkü qərarı ilə keçmişdəki acılar arasında ayrı-seçkilik yaradıb. Birinci Dünya Müharibəsində həlak olmuş Türk və Müsəlman xalqların uğradığı faciələri görməzdən gəlib, sadəcə ermənilərin acılarını önə çıxarıb”.

Nazir qeyd edib ki, 1915-ci il hadisələri Türkiyəyə qarşı bəhanə olaraq istifadə edilir: "Bu məsələnin siyasi mübarizə mövzusu kimi təqdim edilməsi qəbuledilməzdir”.

Bozkır Türkiyənin 1915-ci il olaylarının tarixi komissiyada araşdırılması ilə çağırış etdiyini də xatırladıb: "Ermənistanla 2009-cu ildə protokollar imzaladıq. Ancaq bu protokollar təsdiq olunmadan Ermənistan parlamentindən yığışdırıldı. Avropa Parlamenti isə bu qərarı ilə tarixi siyasətə alət etdi. AP-nin istifadə etdiyi "soyqırım” ifadəsi hüquqi anlayışdır. Haqqında heç bir məhkəmə qərarı olmayan 1915-ci il olaylarını soyqırım olaraq təqdim etmək, iftiradan o yana keçməməkdir”.

Qeyd edək ki, bu gün Avropa Parlamenti qondarma "erməni soyqırımı”nın 100 illiyinin Ümümavropa anımına dair Qətnamə qəbul edib.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol