• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı nazir Davudoğlu ilə

Azərbaycanlı nazir Davudoğlu ilə
17.04.2015 10:23
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə görüşüb. 

Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, görüş nazirin Türkiyə və Azərbaycan arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 8-ci iclasında iştirak etmək üçün Ankarada səfəri çərçivəsində baş tutub. 

Görüşdə Azərbaycanın Türkiyə və Makedoniyadakı fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov, Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelik və digər rəsmi şəxslər iştirak ediblər. 

Qeyd edək ki, görüşdən öncə S.Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankaradakı Heydər Əliyev Parkını ziyarət edib. Ümummilli Liderin parkdakı abidəsi önünə tər çiçəklər düzülub, xatirəsi ehtiramla yad olunub.

Görüşdə Azərbaycanla Türkiyə arasında inkişaf edən hərtərəfli əlaqələrin əhəmiyyətindən bəhs olunub, əlaqələrimizin möhkəmlənməsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın birgə səyləri xüsusi vurğulanıb.

Ə.Davudoğlu Türkiyə ilə Azərbaycan arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin daim uğurla inkişaf etdiyini bildirib. Baş nazir iki ölkə arasında əməkdaşlıq əlaqələrinin siyasi, iqtisadi və digər sahələrdə olduğu kimi, əmək və sosial müdafiə sahəsində də mütəmadi olaraq gücləndirildiyini vurğulayıb. 

S.Müslümov Azərbaycan və Türkiyə arasında strateji xarakter daşıyan əməkdaşlığın eyni zamanda əmək, məşğulluq, miqrasiya, əhalinin sosial müdafiəsi sahəsini də əhatə etdiyini bildirib. Nazir Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2013-cü ilin noyabrında Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində iki ölkənin hökumətləri arasında bir sıra sahələrdə olduğu kimi, əmək, əmək miqrasiyası, sosial müdafiə və məşğulluq sahəsində də əməkdaşlığa dair imzalanan Sazişin uğurla icra edildiyini vurğulayıb. Məlumat verilib ki, bu il ilk dəfə olaraq azərbaycanlı əlilliyi olan şəxslər reabilitasiya məqsədi ilə Türkiyənin Dənizli bölgəsindəki tibbi-sosial reabilitasiya mərkəzinə bərpa müalicəsi məqsədilə göndəriliblər və bu proses davam etdiriləcək.

Ölkəmizdə hərtərəfli və dinamik inkişafın sosial rifah halının yüksəlməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə müşahidə olunduğunu qeyd edən S.Müslümov Azərbaycan və Türkiyənin aidiyyəti nazirliklərinin əməkdaşlıq təcrübəsinin hər iki ölkədə əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsinə xidmət etdiyini, əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyini vurğulayıb. 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol