Müxalifət İstanbula gedir

Azərbaycan müxalifət nümayəndələrinin rəhbərləri İstanbula yola düşüb.
"Qafqazinfo” xəbər verir ki, MSDM-in rəhbəri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər bu barədə sosial şəbəkədə foto paylaşıb.
Müxalifət nümayəndələri Dünya Azərbaycanlıları Konqresinin İstanbulda keçiriləcək 13-cü qurultayında iştirak edəcəklər. Fotodan da göründüyü kimi, qurultaya Müsavat başqanı Arif Hacılı, AXP lideri Pənah Hüseyn də dəvət olunub.
İ. Qəmbər yazıb ki, onları qurultaya DAK-ın həmsədri, millət vəkili Sabir Rüstəmxanlı dəvət edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























