Xocalı soyqırımının şahidi olmuş uşaqlar Türkiyəyə dəvət edildi

İstanbul Ticarət Odası Xocalı soyqırımının şahidi olmuş o vaxtkı uşaqları aprelin 24-də qəbul edəcək.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, tədbirdə 1992-ci il fevralın 26-da Xocalıda baş verən soyqırımı nəticəsində ata və analarını itirmiş körpə və uşaqlar - indiki gənclər İstanbulda qonaq olacaq.
Onlar deputatlar və jurnalistlərlə birlikdə İstanbul Ticarət Odasının Kandillidəki Cəmilə Sultan qoruğunda təşkil ediləcək uşaq şənliyinə də qatılacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























