• $
  • €
  • ₽
  • ₺
  • £

Girovlarla bağlı tələb

Girovlarla bağlı tələb
29.04.2015 21:20
Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Helbert Salberi qəbul edib.

XİN-dən ANS PRESS-ə verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar haqqında müzakirələr aparıldı və mövcud status-kvonun qəbuledilməz və davamsız olduğu vurğulanıb.

Xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsinə toxunub. Nazir beynəlxalq birlik və Avropa İttifaqı tərəfindən humanitar xarakter daşıyan bu məsələnin Ermənistan qarşısında qaldırılmasının vacibliyini vurğulayıb. O, girovların səhhəti ilə əlaqədar Azərbaycan tərəfinin narahatlığını ifadə edib.

Helbert Salber azərbaycanlı girovların azad edilməsi məsələsini yenidən Ermənistan tərəfinin qarşısında qaldırılacağını bildirib.

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 4000-dən artıq şəxsin itkin düşdüyünü deyən Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən dəstəkləndiyi kimi Ermənistan tərəfindən humanitar prinsiplərdən çıxış edərək onların taleyi barəsində məlumat verilməli olduğunu diqqətə çatdırıb. O əlavə edib ki, DNK analizlər vasitəsilə itkin düşmüş şəxslərin kimliyi müəyyən edilə və nəticə etibarilə, ailələrinə və yaxınlarına onların taleyi barəsində məlumat verilə bilərdi.

Elmar Məmmədyarov Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoqun münaqişənin həllinə xidmət edə biləcək vacib etimad quruculuğu tədbiri olduğunu vurğulayıb.

Helbert Salber birinci Avropa Oyunlarının keçirilməsi münasibətilə Azərbaycanı təbrik etdi və bu oyunların sülhə, sabitliyə, çiçəklənmə və inkişafa xidmət etdiyini bildirib.

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında müzakirə aparılıb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol