• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycanın strateji əməkdaşlığa dair təkliflərini gözləyirik”

“Azərbaycanın strateji əməkdaşlığa dair təkliflərini gözləyirik”
13.05.2015 18:00
Malena Mard: "Əsas odur ki, hər iki tərəf ikitərəfli əməkdaşlığın genişləndirilməsinin zəruriliyini anlayır”

"Bildiyimiz ki, Avropa İttifaqının komissarı Yohannes Han Avropa qonşuluq siyasətinə cavabdeh olan şəxsdir. Bu baxımdan da Riqa sammiti olduqca mühüm əhəmiyyət kəsb edəcək. Komissar Hanın da dediyi kimi, əsas məsələ fərqləndirmədir. Aydındır ki, biz "Şərq Tərəfdaşlığı” proqramına daxil olan altı ölkənin hər biri ilə münasibətlərimizi fərqləndirməliyik. Bu da həmin ölkələrin iddialarından və Avropa İttifaqı ilə işləmək arzularından irəli gəlir. Altı tərəfdaşın Riqada fikirlərini öyrənmək çox maraqlı olacaq”.

Bu sözləri APA-ya açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.  

Rəsmi Bakının Avropa İttifaqı ilə assosiativ saziş əvəzinə strateji tərəfdaşlıq sazişi imzalamaq istəyini şərh edən M. Mard bildirib ki, Avropa İttifaqı Azərbaycanla əməkdaşlığı genişləndirməkdə olduqca maraqlıdır: "Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə ikitərəfli strateji əməkdaşlıq sazişi imzalayıb. Onu da qeyd edim ki, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji əməkdaşlıq sazişi də imzalanıb. Bu əsasda biz Azərbaycanın strateji əməkdaşlığa dair təkliflərini gözləyirik. Biz bu təklifə nəzər salmalıyıq. Əsas odur ki, hər iki tərəf anlayır ki, ikitərəfli əməkdaşlıq genişləndirilmədir. Məsələn, iqtisadi-ticari əlaqələrdə əməkdaşlığımızı genişləndirə bilərik. Bildiyiniz kimi, biz viza rejiminin yüngülləşdirilməsi və readmissiya haqqında saziş imzalamışıq. Avropadan Azərbaycana və əks-istiqamətdə səfərlərin sayı xeyli artıb”.

Riqa sammitində hər hansı sənədin imzalanmasının nəzərdə tutulub-tutulmadığı haqda suala M. Mard belə cavab verib: "Bildiyiniz kimi, Avropa İttifaqının hər sammitində birgə bəyanat imzalanır. Hazırda Riqa sammiti ilə bağlı da həmin işlər görülür. Bu sammitdə göstəriləcək ki, "Şərq tərəfdaşlığı”na üzv olan altı ölkə ilə işləməkdə potensial var”.

Diplomat sammitdə Azərbaycan və Ermənistan rəsmilərinin görüşəcəyi barədə hər hansı məlumata malik olmadığını söyləyib: "Bununla bağlı gərək Azərbaycan tərəfinə müraciət edəsiniz. Ancaq biz Avropa İttifaqı olaraq Azərbaycanla Ermənistan rəsmiləri arasında görüşlərin keçirilməsinə pozitiv baxırıq”.

Qeyd edək ki, Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han Avropa İttifaqı ilə sıx əlaqə qurmaq istəməyən "Şərq Tərəfdaşlığı” ölkələri ilə yeni formatda əməkdaşlıq barədə düşünməyin zəruriliyini vurğulayıb.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol