• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycanın kiminsə ağzına və ya əlinə baxmağa ehtiyacı yoxdur”

“Azərbaycanın kiminsə ağzına və ya əlinə baxmağa ehtiyacı yoxdur”
13.05.2015 17:30
 "Azərbaycan başqa ölkələrdən fərqli olaraq düzgün siyasət yürüdür. Azərbaycanın kiminsə ağzına və ya əlinə baxmağa ehtiyacı yoxdur. Ona görə də bizim ölkə ilə güc dilində danışmağa heç kimin qüvvəsi, cəsarəti çatmır. Bu da kimlərəsə pis təsir edir. Bütün təzyiqlərə baxmayaraq, heç kimə əhəmiyyət və önəm vermədən bu siyasətimizi davam etdiririk”.
 
"Report” xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Valeh Ələsgərov parlamentdə I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan kampaniyalara həsr olunan dinləmələrdə çıxışı zamanı deyib.

O bildirib ki, Avropa siyasətçilərinin Azərbaycan və ya başqa ölkələrlə əməkdaşlıq etmək üçün yetərli qədər platformaları var: "Hamı bilir ki, bəzi qüvvələr rəsmi şəkildə edə bilmədiklərini qeyri-rəsmi formada, ən alçaq üsullarla həyata keçirirlər. Bu da Azərbaycana olan qərəzli münasibətin göstəricisidir. Alçaqlıqdan, kasıbçılıqdan başını qaldıra bilməyən dövlətlərə göstərilən münasibətlərə nəzər yetirsək, görərik ki, Azərbaycan qərəzli münasibət göstərilən dövlətlərdən biridir”.

V.Ələsgərov qeyd edib ki, Azərbaycana qarşı bu qədər kampaniyaların keçirilməsi ölkənin qüdrətli olması və inkişafı ilə bağlıdır.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev vurğulayıb ki, Azərbaycan kimi gənc və yeni müstəqilliyini qazanan dövlət mötəbər idman tədbirinə ev sahibliyi edirsə, ölkəyə qarşı müəyyən kampaniyaların olması qaçılmazdır: "Burada müxtəlif amillərlə yanaşı, siyasi qısqanclıq da xüsusi rol oynayır. Təsadüfi deyil ki, son aylar Azərbaycan əleyhinə aparılan kampaniyalar daha intensiv xarakter alıb”.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol