• $
  • €
  • ₽
  • ₺
  • £

Millət vəkili: "Azərbaycan bu təzyiqlərə qarşı müqavimət göstərməlidir”

Millət vəkili: "Azərbaycan bu təzyiqlərə qarşı müqavimət göstərməlidir”
29.05.2020 03:11
Rasim Musabəyov: "Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsi "Human Rights Watch” və Jurnalistləri Müdafiə Komitəsinin çağırışına heç bir diqqət yetirməyəcək”

"Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsi HRW  və CPJ-nin çağırışına heç bir diqqət yetirməyəcək".
 
Bunu APA-ya açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov deyib.
 
Qeyd edək ki, "Human Rights Watch” (HRW) və Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Avropa Olimpiya Komitəsinin (AOK) İcraiyyə Komitəsinin 17 üzvünə müraciət edərək,  onları Azərbaycan hökumətinə təzyiq etməyə çağırıb.
 
R. Musabəyov isə bu çağırışa münasibət bildirərək deyib ki,  bu çağırışa reaksiya vermək AOK-un siyasiləşməsi demək olardı: "Human Rights Watch” və bu kimi təşkilatların indiki dövrdə Azərbaycanla fəallığı təsadüfi deyil, çünki I Avropa Oyunları ilə əlaqədar Azərbaycana diqqət artıb. Bütün bu təşkilatlar Azərbaycana dünyada artan diqqətdən həm də öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Çin, Braziliya və digər ölkələrdə də olimpiadalar keçiriləndə bu təşkilatlar yaranan imkandan istifadəyə etməyə çalışıblar. Buna qarşı sadəcə səbirli olmaq lazımdır”. 
 
Millət vəkili Fazil Mustafa APA-ya açıqlamasında bildirib ki, bu, idmanın siyasətə qarışdırılması istiqamətində nəzərdə tutulan təzyiqlərdir: "Əlbəttə, heç kim siyasi və ya peşə motivi ilə həbslərin tərəfdarı deyil. Amma bunun idmanla, Avropa Oyunları ilə nə əlaqəsi var?  Rusiyada Qış Olimpiyada Oyunları keçirildi, bu ölkədən nəyisə tələb edə bildilərmi, yaxud hansısa addım atıldımı? İdmanı siyasətə qatmadılar. Belə olan halda indiki vəziyyətdə Azərbaycanla bağlı bu addımlar birbaşa təzyiqdir. İndi həbsdə olanlar olmasa belə, bu məsələni yenə gündəmə gətirəcəklər. Ona görə də biz öz işimizə baxmalı, tədbirimizi yüksək səviyyədə keçirərək daha çox dünyaya göstərməliyik ki, Azərbaycan belə geniş miqyaslı tədbirləri keçirməyə haqqı çatan ölkədir".
 
Millət vəkili deyib ki, ölkə daxilində, yaxud hüquq sistemində müəyyən nöqsanlar varsa, bunlar aradan qaldırılmalıdır: " Amma bunu təzyiqlə, kiminsə diktəsi ilə etməyə, idman oyunlarını bəhanə edərək Azərbaycana qarşı kampaniyaya çevrilməsinə yol vermək olmaz. İnsanlar da ümidlənməməlidirlər ki, guya onlar bizim xeyrimizə hansısa addımları atmağı düşünürlər. Həmin qurumlar eyni şeyi Ermənistana qarşı etməyi heç vaxt düşünməyiblər. Həmin qurumlar Ermənistanda prezident seçkilərində öldürülən adamlarla bağlı belə sərt tələblər qoymurdular.  Ona görə də bizim mövqeyimiz belədir ki, Azərbaycan bu təzyiqlərə qarşı müqavimət göstərməlidir ”. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol