• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan səfirliyi erməni təxribatının qarşısını aldı

Azərbaycan səfirliyi erməni təxribatının qarşısını aldı
18.05.2015 12:39
Meksikanın paytaxtı Mexiko şəhərində "VII Dost ölkələrin mədəniyyət yarmarkası” (Feria de las Culturas Amigas) keçirilir. 

Azərbaycanın bu ölkədəki səfirliyindən "Report”a verilən məlumata görə, Mexiko şəhər rəhbərliyinin təşkilatçılığı ilə təşkil olunmuş yarmarkanın məqsədi Meksikada akkreditə olunmuş diplomatik nümayəndəliklər tərəfindən öz ölkələrinin mədəniyyətinin təbliği və tanıtdırılması, həmçinin Meksikada müxtəlif yerli və Avropa mənşəli mədəniyyətlərin birgə mövcudluğu və rəngarəngliyin dünya ictimaiyyətinə nümayiş etdirilməsidir. Mədəniyyət yarmarkasında Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanın Meksikadakı səfirliyi də təmsil olunur.

Yarmarka Mexiko şəhərinin ən böyük meydanı, tarixi mərkəz olaraq adlandırılan "Zocalo” meydanında təşkil edilib. Təşkilatçıların bildirdiyinə əsasən yarmarkada 94 ölkənin və beynəlxalq təşkilatın nümayəndəsi iştirak edir. Tədbir günləri ərzində milyonlarla şəhər sakini və turistlər beynəlxalq sərgiləri ziyarət edəcək.
Tədbir zamanı Azərbaycan üçün ayrılmış ərazidə milli suvenirlər, xalçalar, Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi, adət-ənənələri, Bakıda keçiriləcək Birinci Avropa Oyunları haqda məlumatlarla yanaşı, həmçinin ölkəmiz haqqında məlumatlar və videoçarxlar, Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə xəritələr nümayiş etdirilir və broşürlar paylanılır. Həmçinin müxtəlif növ Azərbaycan xalçaları, üzərində "Azərbaycan – Odlar diyarı” yazılmış köynəklər, idman geyimləri, qolbağılar və digər əşyalar, habelə müxtəlif milli yemək və şirniyyat növləri ziyarətçilərə təqdim edilir.

"Yarmarkanı ziyarətə gəlmiş Mexiko şəhər sakinləri və çoxsaylı turistlər tərəfindən Azərbaycan üçün ayrılmış əraziyə böyük maraq göstərilir, Azərbaycan Səfirliyinin təqdim etdiyi sərgi ziyarətçilərin diqqət mərkəzində yer alır”, - səfirliyin məlumatında bildirilib.

Yarmarkanın ilk günü Ermənistan üçün ayrılmış ərazidə "Böyük Ermənistan”ı əks etdirən xəritə yer alıb. Azərbaycan səfirliyinin səyləri nəticəsində xəritə təşkilatçılar tərəfindən götürülüb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol