Azərbaycanla Aİ arasında vizasız rejim tətbiq oluna bilər

"Əgər Azərbaycan istəsə, ...”
Biz viza liberalizasiyası imkanını bütün tərəfdaşlara təqdim edirik. Bundan başqa, bizim Ermənistan və Azərbaycanla münasibətdə müəyyən irəliləyişimiz var.
Oxu.Az xəbər verir ki, bu barədə Latviyanın XİN başçısı Edqars Rinkeviçs "Kommersant” qəzetinə müsahibəsində deyib.
"Biz Belarusla viza rejiminin liberallaşdırılması deyil, sadələşdirilməsi barədə danışırıq, lakin hüquqi mətnlər hələ hazır deyil. Əgər Ermənistan və Azərbaycan istəsələr və bütün kriteriyalar yerinə yetirilsə, o zaman mən onlara bu cür imkanın verilməməsi üçün heç bir əsas görmürəm. Biz axı Moldova ilə vizasız rejim tətbiq etmişik”, - o qeyd edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























