• $
  • €
  • ₽
  • ₺
  • £

Elmar Məmmədyarov: “Azərbaycan daha güclü dəstək gözləyir”

Elmar Məmmədyarov: “Azərbaycan daha güclü dəstək gözləyir”
22.05.2015 18:12
"Dərin tarixi köklərə malik olan çoxmədəniyyətli cəmiyyət Azərbaycanı "sülh və rifah adası”na çevirir. Bu gün bütün etnik qruplar və dinlər Azərbaycanda bərabər hüquq və imtiyazlardan faydalanır”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Riqada "Şərq tərəfdaşlığı” sammitində çıxışı zamanı deyib.
 
Nazir qeyd edib ki, Azərbaycan multikulturalizmin təşviqi sahəsində avropalı tərəfdaşları ilə əməkdaşlıq etməyə və tarixi təcrübəsini paylaşmağa hazırıdır: "Biz multikulturalizmin təşviqinə hər hansı digər alternativin olmadığından əminik. Müasir dünya zorakılıq və mübarizəyə gətirib çıxaran özünü kənarlaşdırma və təcridə yol verə bilməz”.
 
E. Məmmədyarovun sözlərinə görə, Azərbaycanın timsalında Aİ ilə münasibətlərin gücləndirilməsi istiqamətindəki siyasətin mərkəzində praqmatiklik və hədəflənmiş yanaşma qalmaqdadır. Nazir qeyd edib ki, nüfuzlu beynəlxalq təşkilatların iqtisadi göstəriciləri Azərbaycanın regionda dayanıqlı iqtisadi artıma malik olan qabaqcıl ölkə olduğunu təsdiq edir.
 
"Bütün bu nailiyyətlər ölkənin davamlı siyasi islahatları ilə birlikdə addımlayan müasirləşməsinə töhfə verir. Azərbaycan fəal vətəndaş cəmiyyəti və ictimai iştirakın ölkədəki demokratik həmrəylik və iqtisadi inkişafda aktiv rol oynaya biləcəyini qəbul edir. Siyasi sabitlik bizə bütün dünyadakı tərəfdaşlarımızla əməkdaşlığımızı gücləndirmək üçün üstünlüklər verən qiymətli nailiyyətimizdir”, - deyə o vurğulayıb.
 
Enerji layihələrdən danışan E. Məmmədyarov bildirib ki, Azərbaycanın Cənub Qaz Dəhlizinin reallaşdırılmasına dair çoxsaylı birgə təşəbbüslərinin nəticəsində enerji sahəsində strateji tərəfdaşlıq əhəmiyyətli dərəcədə inkişaf edir. O qeyd edib ki, Cənub Qaz Dəhlizinin Bakıdakı təməlqoyma mərasiminin ardınca Türkiyənin Qars şəhərində TANAP üçün oxşar tədbirin keçirilməsi infrastruktur ilə bağlı məsələlərin həllində irəliyə doğru addım olub.
 
Cənub Qaz Dəhlizi Avropa İttifaqının öz vətəndaşlarını təhlükəsiz, davamlı və arası kəsilməyən enerji ilə təmin etmək istədiyi Enerji İttifaqı vasitəsilə Aİ-nin hərtərəfli məqsədinə xidmət edəcəyini deyən nazir qeyd edib ki, Azərbaycan bu layihənin icrası üçün Aİ-nin daha güclü dəstək gözləyir.
 
Enerji sahəsindəki müvəffəqiyyətli əməkdaşlıq həm Azərbaycan, həm də Aİ üçün ikitərəfli müqavilə münasibətlərini strateji səviyyəyə qaldırmaq potensialına malikdir. Aİ-nin strateji tərəfdaş ölkələrinin sayının artması bu xüsusda ilham və stimul rolunu oynayır”, - deyə o bildirib.
 
Nazir həmçinin Azərbaycan, Gürcüstan və Türkiyə dəmiryol şəbəkəsini birləşdirəcək Bakı-Tiflis-Qars dəmiryol layihəsindən danışıb. O bildirib ki, layihə bu ildən fəaliyyətə başlayacaq: "Bu dəhliz Avropa və Asiyanı Cənubi Qafqaz və Mərkəzi Asiya regionu vasitəsilə birləşdirərək çoxsaylı inkişaf imkanlarına yol açacaq”.



www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol