ATƏT sədri azərbaycanlı girovların azad olunması məsələsini qaldıracaq

ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç İrəvanda Ermənistan tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması məsələsini qaldıracaq.
APA-nın məlumatına görə, bu barədə o, xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. "Nazir Elmar Məmmədyarovun həmin şəxslərin azad olunması barədə təklifini ermənistanlı həmkarıma çatdıracağam. Onunla danışıqların nəticəsini isə Azərbaycanlı həmkarıma bildirəcəyəm”, - deyə ATƏT sədri qeyd edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























