• $
  • €
  • ₽
  • ₺
  • £

XİN-dən sərt açıqlama

XİN-dən sərt açıqlama
07.06.2015 16:28
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatındakı nümayəndəsi Arif Məmmədov haqqında fikirlərini bölüşüb. 

Son günlər müzakirə mövzusuna çevrilmiş həmin məsələ ilə bağlı XİN rəsmisinin fikirlərini olduğu kimi təqdim edir:

"Mən, Azərbaycan Respublikasının vətəndaşı olaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinə sadiq qalaraq, möhtərəm Prezidentimiz tərəfindən yürüdülən daxili və xarici siyasətə xidmət etmişəm və həmişə də edəcəm.

Rahat həyat və Avropa ölkələrində sığınacaq almaq məqsədilə belə əməllərə əl atan Arif Məmmədov kimisinin adımızdan danışmağa heç bir haqqı yoxdur. Artıq bir neçə ildir Azərbaycan XİN sistemində deyil, İslam Əməkdaşlıq Təşkilatında işləyən bu şəxsin əməllərini, eləcə də sosial şəbəkələrdə ölkəmizin ictimai-siyasi və mədəniyyət xadimləri, Azərbaycan xalqı və ölkəmiz haqqında yazdığı fikirlərini qəti şəkildə pisləyir və qınayıram. Öz xalqına qarşı təhqir qəbuledilməzdir. Arif Məmmədov Avropadakı havadarları ilə əlbir olaraq Avropa oyunları ilə əlaqədar ölkəmizə qarşı aparılan əks-təbliğat kampaniyasının bariz nümunəsidir.

Texniki parametrlər baxımdan facebook sosial şəbəkəsində hər hansı statusun "like” edilməsi bu fikrin bilavasitə qəbul və ya təsdiq edilməsi mənasını daşımasa da, daha çox "gördüm, oxudum və ya tanış oldum” demək olsa da, onun sosial şəbəkələrdə yaşayış binasında yanğın ilə əlaqədar yazdığı statusunun "like” edilməsi ilə əlaqədar yaranmış anlaşılmazlığa görə üzrxahlığımı bildirirəm. Bu məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyinin rəhbərliyi tərəfindən lazımı ölçü götürülmüş və tədbirlər görülmüşdür.

Hər bir Azərbaycan vətəndaşı kimi ilk Avropa Oyunları kimi mötəbər bir tədbirin ölkəmizdə keçirilməsindən fəxr hissi duyuram və ailə üzvlərimlə birlikdə bu tarixi hadisənin canlı şahidi olmağımızı gözləyirik.

Bir daha bildirirəm ki, harada olmağımızdan və çalışmağımızdan asılı olmayaraq, əqidə, amal və əməlimlə Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hər bir Əmrinə müntəzirəm”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol